Xəstəxananın 10-cu mərtəbəsində ac-susuz saxlanılan tibb işçiləri barədə TƏBİB-dən AÇIQLAMA

2-04-2020, 18:03           
Xəstəxananın 10-cu mərtəbəsində ac-susuz saxlanılan tibb işçiləri barədə TƏBİB-dən AÇIQLAMA
Sosial şəbəkələrdə Azərbaycandakı xəstəxanalardan birində tibb işçilərinin ac-susuz karantində saxlanılmasını əks etdirən görüntülər yayılıb.
Yeniavaz.com xəbər verir ki, görüntülərdə 7, 8 və 13 nömrəli uşaq poliklinikalarının tibb işçiləri olduğu iddia edilən şəxslərdən biri 10-cu mərtəbəsində olduğunu bildirdiyi xəstəxananın səlahiyyətli həkimlərindən biri ilə danışır və vəziyyəti ona izah edir. Bildirilir ki, onlar həmin yerdə ac-susuz və səhiyyə xidməti göstərilmədən, heç bir məlumat verilmədən saxlanılırlar.
Həmin kadrları təqdim edirik:

Məsələ ilə bağlı TƏBİB-lə əlaqə saxladıq. Qurumun mətbuat katibi Rəvanə Əliyeva bildirdi ki, sözügedən kadrlar Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında lentə alınıb:
“İstənilən şəraitdə ölkə pandemiya vəziyyətinə əvvəldən hazır olmur. Xəstəxanalar hissə-hissə hazırlanır və karantinə yerləşdirilənlər hissə-hissə hər şeylə təmin olunurlar. İlk bir neçə saatda insanlar hər şeylə təmin olunmayıbsa, bu o demək deyil ki, ac saxlanılırlar. O məsələ aydınlaşdırılıb. Videodakı xanımlarla danışılıb. Onların özləri də deyiblər ki, göstərdikləri ilkin reaksiyadır və heç bir problem yoxdur. Sözügedən xəstəxana ilə əlaqə saxlanılıb və hər şeylə təmin olunublar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru