Azərbaycanda koronavirusa yoluxan bölgələr - SİYAHI

4-04-2020, 00:04           
Azərbaycanda koronavirusa yoluxan bölgələr - SİYAHI
Azərbaycanda koronavirus xəstələrinin hansı bölgələrdən olduğu müəyyənləşib.

Teref.az xəbər verir ki, pandemiyaya yoluxanlardan 149-u Bakıdandır. Onlardan ən çoxu paytaxtın Yasamal (27), Binəqədi (23), Nəsimi (23), Nərimanov (19) rayonlarına düşür. Abşerondan olan koronavirus xəstələrinin sayı 9, Sumqayıtda isə bu göstərici 6-ya bərabərdir.

Bakının digər rayonları üzrə göstəricilər:

Xətai rayonu – 13, Səbail rayonu- 10, Qaradağ rayonu – 9, Sabunçu rayonu – 7, Suraxanı rayonu – 5, Pirallahı – 2, Xəzər rayonu – 3, Nizami rayonu – 2, Qeyri-müəyyən – 6

Azərbaycanın bölgələrinə gəldikdə isə, bu göstərici ən çox Lənkəranda (18) və Cəlilabaddadır (15). Koronavirusa yoluxanlardan 98 nəfəri isə ölkə xaricindən gələnlərdir.

Digər bölgələr üzrə göstəricilər:

Salyan – 12, Qusar – 9, Tovuz – 5, Neftçala – 4, Astara – 3, Naftalan – 3, Daşkəsən – 3, Füzuli – 3, Xaçmaz – 3, Zaqatala – 3, Ucar – 3, Ağdam – 2, Ağdaş -2, Quba -2, Masallı, Siyəsən, Xızı, Qəbələ, Tərtər, Qax, Qazax, Biləsuvar – 1.

Qeyd edək ki, indiyədək Azərbaycanda 443 nəfər koronavirusa yoluxub. Onlardan 32 nəfəri sağalıb, 5 nəfəri isə dünyasını dəyişib. Aktiv 406 koronavirus xəstəsinin müalicəsi isə davam etdirilir. Məlumatlar koronavirusinfo.az saytında yayımlanıb.

unikal.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru