Vilayət Eyvazovdan yeni qərar

7-04-2020, 16:35           
Vilayət Eyvazovdan yeni qərar
“Azərbaycan Respublikası daxili işlər orqanlarının əməkdaşları tərəfindən dövlət himninin ifa edilməsi, ifa edilən zaman əsgəri (hərbi) salam verilməsi, dinlənilməsi və oxunması Qaydaları” təsdiqlənib...

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov qərar imzalayıb.

Dövlət himni ifa edildikdə əməkdaşlar onu ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməli və ya mətninə uyğun oxumalıdırlar.

Qərarda göstərilir ki, dövlət himni ifa edildiyi zaman sıradakı əməkdaşlar komanda verilmədən farağat vəziyyətini alır, rəislər (komandirlər) hərbi salam verir.

Sıradan kənarda olan əməkdaşlar himn ifa edildikdə farağat vəziyyətini alır və hərbi salam verir.

Əməkdaşlar tərəfindən dövlət himninin təhrifinə və başqa dildə oxunmasına yol verilmir.(oxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru