Nazir: "Sabahdan etibarən ödənişlərə başlanılacaq"

7-04-2020, 19:01           
Nazir: "Sabahdan etibarən ödənişlərə başlanılacaq"
"2019-cu ilin yekunlarına əsasən Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artması, xərclərinin optimallaşdırılması, saxta pensiya və əlillik işlərinin ləğvi nəticəsində yaranan 200 milyon manatlıq ehtiyat bu il sosial ödənişlərin dayanaqlılığına yönəldiləcək". Yeniavaz.com report-a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev birdəfəlik ödəmə ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, aprel və may aylarında sosial sığorta haqlarının yığımında müəyyən azalmaların olacağını gözlənilir:

“Bu, obyektiv səbəblərdən irəli gəlir. Bu azalmalar bizim 2019-cu ildə yığılmış “ehtiyat yastığı" vasitəsilə kompensasiya olunacaq. Vətəndaşların sosial ödənişlərində hər hansı çətinlik və ya problem olmayacaq”.

Nazir xatırladıb ki, mart ayında 2 milyon 300 mindən çox insanın sosial yönümlü ödənişləri Dövlət Sosial Müdafiəsi Fondunun vəsaitləri hesabına vaxtından əvvəl icra olunub: “Hesab edirəm ki, aprel ayında da belə olacaq. Artıq qrafik elan olunub və sabahdan etibarən ödənişlərə başlanılacaq".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.