Korona ilə bağlı bu şəxslər risk altındadır - Video

8-04-2020, 00:04           
Korona ilə bağlı bu şəxslər risk altındadır - Video
Ən doğru yol bu sahədə preventiv tədbirlərin görülməsidir.

Axar.az xəbər verir ki, bu fikirləri Milli Onkologiya Mərkəzinin Baş direktor müavini Kamaləddin Qafarov koonavirusla mübarizə haqda deyib. Parlament üzvü Azərtac-a geniş müsahibəsində qeyd edib ki, dövlətlər fevralın əvvəllərindən bu sahədə davamlı şəkildə həyəcan təbili çalsa da, insanlar bu və ya bu kimi fəlakətlərlə yaxın və uzaq keçmişdə rastlaşmadıqlarından, tövsiyələrə ciddi əhəmiyyət vermədilər.

K.Qafarov bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın fasiləsiz səyləri nəticəsində pandemiyanı nəzarət altında saxlamaq mümkün olub.

Onun sözlərinə görə, insanların total şəkildə nizam-intizama əməl etməsinin dayanıqlığı ilə yanaşı, hazırda ambulator və stasionar müalicə mərhələsində olan xəstələrə də ciddi nəzarət olunmalıdır:

“Bu tipli xəstələr koronavirusun qurbanı və ya daşıyıcısı olmaq baxımından ən potensial təhlükə qruplarıdır. Potensial yoluxma ocaqlarından biri kimi müxtəlif xəstəlikdən əziyyət çəkən, qeyd etdiyimiz kimi, ambulator və stasionar şəraitdə müalicə alan xəstələr, o cümlədən onkoloji xəstələr ola bilər”.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.