Hansı kateqoriyalı işsizlər birdəfəlik yardım ala biləcək?

8-04-2020, 11:34           
Hansı kateqoriyalı işsizlər birdəfəlik yardım ala biləcək?
2 ay üçün nəzərdə tutulan birdəfəlik (əslində 2 dəfəlik) 190 manat yardımı almaq hüququ omayan işsizlərin siyahısını Nazirlər Kabineti təsdiq edib, onu maraqlananların diqqətinə təqdim edirəm. Tanış olun və yerdə qalan və bu yardımdan bəhrələnənləri özünüz müəyyənləşdirin, əgər elələri qalıbsa.

“Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi
karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi
qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi
şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli qərarına görə, dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir:
• ünvanlı dövlət sosial yardımı (ÜDSY) alan ailələrin üzvlərinə;
• əmək pensiyaçılarına;
• aylıq müavinət alanlara;
• aylıq təqaüd alanlara;
• özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə;
• işsizlikdən sığorta ödənişi alanlara;
• peşə hazırlığına görə təqaüd alanlara;
• 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya (KTS) almış şəxslərə;
• əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara;
• əri və ya arvadı ÜDSY və ya KTS alan şəxslərə.
Beləliklə də, Nazirlər Kabinetinin qərarına görə, birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və yuxarıda sadalana kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Onlara aiddir:
 2020-ci il 1 aprel tarixinə “Məşğulluq”
altsistemində (MAS) işsiz kimi qeydiyyata alınmış şəxslər;
 pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslər.
Odur ki, e-sosial.az saytında “Məşğulluq” altsistemində qeydiyyatdan keçmək vacibdir.
Gubad İbadoğlu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru