İyunun 19-da verdiyim təklifi 29-da icra etdilər
30-06-2020, 00:03
Teref.az-ın verdiyi xəbərə görə, iqtisadçı alim Qubad ibadoğlu yazır ki, xatırlayırsınısa iyunun 19-da hazırkı karantin rejimiminin sərtləşdirilməsinə qərar verilən kimi 5 təklif irəli sürmüşdüm. Onlardan ikincisi TƏBİB sədrinin, səhiyyə nazirinin (əgər varsa) və sərt karantin rejim tətbiq ediləcək şəhər və rayonların səhiyyə müəssisələrinin rəhbərlərinin iştirakı ilə geniş videomüşavirə keçirilsin və tibbi işçiləri yeni mərhələnin qaydaları ilə təlimatlandırılsın (əgər varsa, yoxdursa təcili hazırlansın). Daha geniş məlumat üçün bax:https://www.facebook.com/photo.php?fbid=10220423631572594&set=a.1043135450376&type=3&theater
Lakin, mənim təklifim bir iştirakçıların tərkibi genişləndirilməklə 10 gündən sonra icra edilib. Belə ki, bu gün baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş videomüşavirədə ölkəmizdə Pandemiya ilə mübarizəyə dair son vəziyyət müzakirə olunub.
Müzakirədə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov, Birinci vitse-prezidentin köməkçisi Andrey Sipilin, Səhiyyə naziri Oqtay Şirəliyev, Səhiyyə nazirinin müavini Viktor Qasımov, İcbari Tibbi sığorta Agentliyinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, Gəncə Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov, Cəlilabad rayon İcra hakimiyyətinin başçısı Namiq Zeynalov, həmin şəhər və rayonların baş həkimləri, habelə Bakı şəhərinin koronavirus xəstlərinin müalicəsinə cəlb olunmuş 4 böyük xəstəxanasının rəhbərləri iştirak ediblər.
Daha geniş məlumat üçün bax: https://cabmin.gov.az/az/article/913/
Heç vaxt olmamaqdansa, gec də olsa olsun, alqışlayıram, amma gec atılan addımın bəzən təsiri az olur, bəzən isə heç olmur. Daha sonra Qubad bəy yazır, belə ki, formatda görüşü karantin rejiminin sərtləşdirilməmişdən əvvəl təşkil edib, müvafiq tapşırıq və təlimatları vermək olmazdımı? Bu qədər astagəllik etməyin, hazırda nəinki 1 günün, hətta 1 saatın da hökmü fərqlidir.
Bu təklifin əsas məzmunu sərt karantin rejimində səhiyyə müəssisələrinin məsuliyyətini artırmaqdır. Odur ki, belə müzakirələr karantin rejimi sərtləşdirilməmişdən əvvəl təşkil olunsaydı daha çox effekt verərdi.
İndi isə təklif edirəm ki, ən qısa müddətdə, belə müzakirə İlham Əliyevin sədrliyi ilə də keçirilsin.