Azərbaycanda korrupsiya nəticəsində vurulmuş 143 milyon 883 min manat ziyandan 36 milyon 101 min manatı ödənilib
15-01-2016, 12:03
2015-ci il ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən məhkəmələrə göndərilmiş 200 cinayət işindən 165 iş maddi ziyanla bağlı olub.
APA-nın məlumatına görə, bu barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ərisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, həmin işlər üzrə vurulmuş 143 milyon 883 min manat ziyandan istintaq zamanı 36 milyon 101 min manat və ya 25,1% ödənilib: “Belə ki, dövlət mülkiyyətinə vurulmuş 27 milyon 561 min manat ziyandan ibtidai araşdırma mərhələsində 4 milyon 805 min manat və ya 17,5%, xüsusi mülkiyyətə vurulmuş 116 milyon 313 min manat ziyandan ibtidai araşdırma mərhələsində 31 milyon 296 min manat və ya 27,0%, bələdiyyə mülkiyyətinə dəymiş 9 min 811 manat ziyandan ibtidai araşdırma mərhələsində 900 manat və ya 9,2%-in ödənilməsi təmin edilib”.