ABŞ-nin dəstəyi olmadan Ukrayna tab gətirə bilməz - NATO-nun baş katibi

3-07-2025, 11:18           
ABŞ-nin dəstəyi olmadan Ukrayna tab gətirə bilməz - NATO-nun baş katibi
NATO-nun baş katibi Mark Rütte ABŞ-nin Ukraynaya hərbi yardımın bir hissəsini dayandırmaq qərarına münasibət bildirib.

APA xəbər verir ki, bu barədə Ukraynanın "Yevropeyskaya Pravda" saytı məlumat yayıb.

Rütte ABŞ administrasiyasının ilk növbədə öz maraqları ilə məşğul olmaq istəyini başa düşdüyünü deyib.

“Ukraynadan danışdıqda, qısamüddətli perspektivdə bu ölkə sursat və hava hücumundan müdafiə sistemləri ilə bağlı əldə edə biləcəyi dəstək olmadan tab gətirə bilməz”, – deyə baş katib əlavə edib.

Onun sözlərinə görə, Avropa ölkələri müdafiə xərclərini və Ukraynaya yardımını artırır, lakin onlar ABŞ-nin praktik dəstəyi olmadan bunu təkbaşına bacara bilməzlər.

“Təhlükəsiz Avropa həm də təhlükəsiz ABŞ deməkdir. Bunlar bir-biri ilə tam şəkildə əlaqəlidir”, – deyə Rütte vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru