Bilirsiz niyə Gürcüstan hökuməti öz vətəndaşlarına daha adil davranır?!- Natiq Cəfrli yazır....

7-08-2020, 00:08           
Bilirsiz niyə Gürcüstan hökuməti öz vətəndaşlarına daha adil davranır?!- Natiq Cəfrli yazır....
Nənəmlə danışdım, arvad ağzını açan kimi hökumətə yalvardı, təriflər yağdırdı, dedi ki, hökumətdən çox razıdı, hələ indiyənə qədər belə razı olduğu vaxt olmayıb. Ağzımı açıb nəsə demək istəyirdim ki, arvad, “aya kiri, qulaq as dana”, deyib sözümü kəsdi və davam etdi ki, pul dərdi çəkmir, işıq-su-qaz dərdi çəkmir, tez-tez həkim gəlib yoxlayır, həta lazım olan dərmanları pulsuz evə gətirirlər. Sözünü balla kəsib, “can nənə, kəndə-kəsəkdə nə var-nə yox”, demişdim ki, nənəm, “a qıvlasız, əylən dana, hələ hamısı döy”, söyləyib, davam elədi ki, qonşular da razıdı, qohumlar da razıdı, bütün camaat razıdı, hamıya əl tutdular. Gördüm ki, nənəm hökumət deyir başqa bir şey demir, sağollaşıb can sağlığı arzu elədim.

Hə, buna bax e, lap yadımdan çıxmışdı: Nənəm Gürcüstan vətəndaşıdı, Borçalıda yaşayır və Gürcüstan hökumətini tərifləyirdi – Gürcüstan hökumətinin qərarına görə gələn ilin (2021-ci ilin) fevral ayına qədər 200 kv elektrik, 200 m3 qaz əhaliyə pulsuz olacaq, 17 yaşına qədər bütün uşaqlara 200 lari (65 dollar) ödəniləcək, 33 min pullu təhsil alan Gürcüstan vətəndaşı tələbələrin 2020-21-ci təhsil ilində ödənişini hökumət edəcək. Bundan başqa yardım üçün müraciət edən vətəndaşlara 300 lari əlavə (97 dollar) yardım ödəniləcək.

Bilirsiz niyə Gürcüstan hökuməti öz vətəndaşlarına daha adil davranır?! Bunun tək səbəbi var – Seçki İnstitutu. Seçkili ölkələrdə vətəndaş hökumətlərdən daha çox yardım, dəstək və təşviq görür. Başqa heç bir səbəb axtarmağa dəyməz - payızda Gürcüstanda seçkilər olacaq.
Bizdə də hökumət seçkidə formalaşsaydı camaat daha çox yardım alacaq. Belə...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.