Elmar Vəliyev: "İxtisarlara başlamaq vaxtıdır!"

16-01-2016, 13:09           
Elmar Vəliyev: "İxtisarlara başlamaq vaxtıdır!"
Bu günlərdə Gəncə şəhər İcra Hakimiyyətində keçirilən iclasda icra başçısı Elmar Vəliyev idarə və müəssisə rəhbərlərini toplayaraq ixtisarlara başlamaq zamanının çatdığını vurğulayıb. İclas iştirakçılarının verdiyi məlumata görə icra başcısı qeyd edib ki, neftin qiymətinin dünya bazarında aşağı düşməsi Azərbaycanın gəlirlərinin kəskin azalmasına gətirib çıxarıb.
Bu səbəbdən də dövlət büdcəsin vəsaitlərinə qənaət etmək məqsədi ilə Gəncədə yerləşən idarə və müəssisələrdə işçilərin 30-40%-ı ixtisar olunmalı, bir sıra tikinti layihələrində gedən işlər ya dondurulmalı, yaxud sürəti azaldılmalıdır və ümumi xərclər minimuma endirilməlidir.
teref.az Gəncə Müstəqil İnformasiya Portalına istinadən xəbər verir ki, İcra başçısı qeyd edib ki, xüsusi ilə yaxın kəndlərdən və rayonlardan gələn işçiləri ixtisara salmaq məqsədə uyğundur.
"Onların şəhərdə nə işləri var? İşdən çıxardın, qoy gedib kənddə əkinlərini əksinlər, sahələrini becərib öz başlarını dolasınlar!"- deyə bir təklif irəli sürüb Elmar Vəliyev...
Məlumat üçün qeyd edək ki, Gəncədə yerləşən bir sıra müəssisə və idarələrdə artıq kütləvi ixtisarlar başlayıb. Hətta “Azəralüminium” ASC də fəaliyyətini tamamilə dayandırıb.
İnsanların maddi durumunun onsuz da acınacaqlı olduğu bir vaxtda, vətəndaşların kredit borclarının içində boğulduğu, ailə başcılarının evlərinə bir tikə çörək gətirməkdə çətinlik çəkdiyi bir dönəmdə kütləvi ixtisarların hansı ağır fəsadlar verəcəyini heç düşünübmü Elmar Vəliyev?
Amma toxun acdan nə xəbəri?!
Elmar Vəliyev, bəlkə elə başda özün olmaqla ətrafınla birlikdə görməmiş iştahınızı bir az ixtisara salasınız?
Bəlkə Mixaylovka kəndinin az qala yarısını zəbt edərək milyonlarla oğurluq büdcə vəsaitini töküb tikdirdiyin o 6 villadan bir neçəsini satıb ixtisara salasan?
Bəlkə illərdir Gəncə və gəncəlilərin hesabına haram yollarla "qazandığın" onlarla milyonun bir hissəsini xarici banklardan ixtisara salıb gətizdirəsən Azərbaycana və ağır günə saldığın o qara camaatının sosial problemlərinin həllinə yönəldəsən???
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.