Əfv komissiyası da hakimiyyətdaxili savaşın təsirlərinə məruz qaldı.
9-09-2020, 17:53
Ramiz Mehdiyev, Ramil Usubovla yanaşı əvvəl malik olduğu vəzifəsində indi də davam edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin də Əfv komissiyasının yeni tərkibində yer almaması xeyli suallar doğurur. Teref.az xəbər verir ki, bunu ADR hərəkatının sədri Qubad İbadoğlu yazıb.Qubad bəy daha sonra yazır: Bu komissiyanın əvvəlki tərkibində təmsil olunan Milli Məclis deputatlarından ikisinin (Bəxtiyar Əliyev və Məlahət İbrahimqızı) hazırda da MM-ə üzv olmasına baxmayaraq, tərkibdən kənarlaşdırılması da düşündürücüdür. Siyahıdan çıxarılan şəxslərdən birinin Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təmsil etməsi və yeni tərkibdə onu əvəzləyəcək şəxslərin heç birinin bu təbəqənin hüquqlarını müdafiəsi ilə məşğul olmaması da təəssüf doğurur. Dəyişiliklər arasında ən maraqlısı və gözlənilməzi Səttar Mehbalıyevin siyahıdan çıxarılmasıdır. Görünür ki, onun da uzunmüddətli səltənətinə son qoymaq barədə müzakirələr gedir. Teref.az