Əli Həsənov Dubayda - Bahalı istirahət mərkəzində səhər yeməyi - FOTO

15-09-2020, 11:28           
Əli Həsənov Dubayda - Bahalı istirahət mərkəzində səhər yeməyi - FOTO
Prezidentin keçmiş köməkçisi Əli Həsənov Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri olan Dubayda görüntülənib.



Xatırladaq ki, Əli Həsənov bir neçə gün öncə "Siyami Ersek ürək-damar xəstəlikləri dövlət xəstəxanasının kardiologiya şöbəsində müalicə aldığını bildirmişdi. Əldə etdiyimiz son məlumata görə isə Əli Həsənov artıq Türkiyəni tərk edib və Birləşmiş Ərəb Əmirliklərinə yollanıb.



Əli Həsənov Dubayın ən bahalı çimərlik istirahət mərkəzlərindən olan W oteldə səhər yeməyində görüntülənib.



Maraqlıdır, Türkiyə dövlətinin rəsmi qəzeti olan "Türkiyə qəzeti"nin Əli Həsənovla bağlı FETÖ ilə işbirliyi faktlarını ortaya çıxandan sonra Dubaya edilən səfər təsadüfdürmü?



Qeyd edək ki, W oteli bütün dünyadan zəngin insanların yaşadığı və dincəldiyi Palm Jumeirah bölgəsində yerləşir.Sfera












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru