Ukraynanın hakim partiyası: "Azərbaycana hərbi yardıma hazırıq"

2-10-2020, 07:54           
Ukraynanın hakim partiyası:
Rəsmi Kiyev Dağlıq Qarabağda vəziyyətin daha kəskinləşməsi fonunda Azərbaycana hərbi yardım göstərməyə hazırdır.

“Report” xəbər verir ki, bu barədə "Ukrayna 24" telekanalının efirində Ali Radada "Xalqın xidmətçisi" partiyasını təmsil edən deputat Lyudmila Marçenko bildirib.

"Ukrayna bu gün Azərbaycanı müxtəlif arenalarda dəstəkləməyə hazırdır. Bu, gələcəkdə lazım olacaq həm hərbi, humanitar, hər cür dəstəkdir. Bu, hərbi vəziyyətdir", - o deyib.

"Bildiyim qədər, həm hüquqi sahədə, həm də resurs sahəsində yardım edirik, söhbət humanitar yardımdan gedir. Bu gün məhz ehtiyac duyulanların siyahısını tərtib etmək məsələsi nəzərdən keçirilir", - deputat əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru