Fikrimcə, biz torpaqlarımız tamamilə işğadan azad ediləndə qalıb hesab oluna bilərik: fərqi yoxdur, sülhlə, yoxsa müharibə ilə.
2-10-2020, 10:56
![Fikrimcə, biz torpaqlarımız tamamilə işğadan azad ediləndə qalıb hesab oluna bilərik:](/uploads/posts/2020-10/1601621660_1.jpg)
Dünən ən çox rastlaşdığım sual xaricdən verilən bəyanatların və gələn çağırışların müharibənin gedişinə necə təsir göstərəcəyi ilə bağlı olduğundan qısaca bu məsələyə münasibət bildirmək istərdim. Əvvala qeyd edim ki, mən nə münaqişələrin həlli, nə də beynəlxalq münasibətlər üzrə ekspert deyiləm. Sadəcə bildiklərimi və təxmin etdiklərimi sizinlə bölüşəcəm.
Teref.az yazır ki, bunu ADR sədri Qubad İbadoğlu yazır.
Daha sonra Qubad İbadoğlu yazır, Qarabağ müharibəsinə münasibətdə mövqe sərgiləyənləri 3 qrupda təsniflərşdirmək olar.
1. Çoxtərəfli beynəlxalq təşkilatlar: BMT-nin Təhlükəsizlik Şurası, ATƏT, Avropa Birliyi, Minsk Qrupu və sairə. BMT-nin Təhlükəsizlik Şurasının 27 il, ATƏT-in Minsk Qrupunun 26 il zamanı var idi. Bu müddət ərzində sülhə və barışığa doğru bir addım belə ata bilməyən təşkilatların müharibəni dərhal saxlayın və danışıqlara başlayın deməyə nə mənəvi, nə də siyasi haqqı çatmır. Odur ki, onları boş verin, onlar indiyədək nə müharibələri dayandıra, nə də ki, münqişələri sülh yolu ilə həll edə bilməyiblər. Sadəcə onların mandatına görə başlıca işləri belə halları diqqətdə saxlamaq olduğundan yığışıb, müzakirə edib, dağılışırlar.
2. Dövlət başçılar: ABŞ, Fransa, Rusiya, ola bilər ki, siyahı uzansın Almaniya və Britaniyada çağırış etsin. Onların fəaliyyətini də Ukraynada və Gürcüstanda görmüşük. İndiyə qədər nə Krım, nə Donetsk, nə də Osetiya və Abxaziya münaqişələrini, Kəşmir problemini həll edə bilməyiblər. Odur ki, mehriban düşmən olan ABŞ, Fransa və Rusiya dövlət başçılarının da bəyanatını ciddiyyətə almayın. ABŞ prezidentinin başı seçkiyə qarışıb, Makron ermənilərin yanında nüfuzunu artırmaq istəyir, Putin də çağrılan yerə ərinmə, çağrılmayan yerdə görünmə prinsipi ilə bu dəvəti qəbul edib.
3. Bölgədə marağı olan dövlətlər: Rusiya və Türkiyə. Bu dövlətlərin hər ikisinin müharibəni dayandırmağa gücü və resursu vardır. Amma heç biri hələki bunda maraqlı deyil. Əvvala hər iki dövlətin rəhbərinin tənəzzüldə olan iqtisadiyyatlarına başları qarışıb, şimalda rubl, cənubda isə lirə hər gün dəyər itirir. Rusiya Ermənistanda siyasi böhranın yaranmasında, Türkiyə isə Azərbaycanda sabitliyin təminatında, onların hər iksi Azərbaycanla Ermənistanın baş-başa qalmasında maraqlıdır. Odur ki, hesab edirəm ki, Türkiyə və Rusiyanın birgə byanat verib, tərəfləri danışıqlara dəvət etməsi gözləniləndir və normal qəbul olunmalıdır. Xarici işlər nazirləri bir-birilə danışandan sonra müharibəni şiddətləndirin mövqeyindən çıxış etməli deyillər ki? Təbii ki, diplomatik standartlara və protokol qaydalarına görə elə açıqlama verməli və tərəfləri müharibəni dayandırıb, danışıqlara dəvət etməli idilər. Diplomat kimi onu da etdilər.
Fikrimcə, biz torpaqlarımız tamamilə işğadan azad ediləndə qalıb hesab oluna bilərik: fərqi yoxdur, sülhlə, yoxsa müharibə ilə. Əsas odur ki, ermənilər işğal etdikləri əraziləri boşaltsınlar.
Teref.az