ADR sədrindən təklif: "Müharibə dövründə mobil telefonlarla danışıq tarifləri ucuzlaşdırılsın, əsgərlərə pulsuz olsun. "

3-10-2020, 08:26           
ADR sədrindən təklif:
Müharibə dövründə mobil telefonlarla danışıq tarifləri ucuzlaşdırılsın, əsgərlərə pulsuz olsun.
Azərcell, Bakcell və Azərfonu tarifləri endirməyə, Milli Ordunun əsgər və zabitlərinə ödənişsiz xidmət etməyə çağırıram.
Teref.az yazır ki, bunu ADR sədri Qubad İbadoğlu öz postunda yazır.
Daha sonra Qubad İbadoğlu yazır ki, bu hazırda cəbhədəki vəziyyətlə əlaqədar olaraq əsgərlərə və onların ailələrinə dəstək ola bilər. Xüsusilə də sərhəd rayonlarında yaşayanlarla kommunikasiya imkanlarını artırardı.
Dünəndən Beeline Ermənistan Qarabağda roaminq tariflərinin 3 dəfəyədək endirdi, əvvəlki 1 dəqiqəsi 14 dramdan 5 drama qədər ucuzlaşdırdı.
Siz də edin, xalqdan indiyə qədər qazandıqlarınızı cüzi bir hissəsini heç olmazsa müharibə dövründə xalqın cəbhədə olan övladlarına xərcləyin, siz də Azərbaycanın haqq mübarizəsinə az da olsa dəstək olun.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru