Separatçı quldurların başçısının məhv edildiyi xəbəri yayıldı - İDDİA

4-10-2020, 06:13           
Separatçı quldurların başçısının məhv edildiyi xəbəri yayıldı - İDDİA
Separatçı quldurların başçısı Araik Arutyunyan və qondarma qurumun milli təhlükəsizlik xidmətinin rəhbəri Kamo Ağacanyan Dağlıq Qarabağda gedən döyüşlərdə ölüb.

Bu barədə İnfo24.ru məlumat yayıb.

Qeyd edək ki, Araik Arutyunyan 3 oktyabr səhər saatlarında ön xəttə yollandığını və onunla birlikdə Ermənistanın və qondarma rejimin milli təhlükəsizlik xidməti direktorlarının da getdiyini “Facebook” səhifəsində yazmışdı.

Bundan sonra Arutyunyanın yaralandığı, onun şəxsi mühafizəçilərinin bir hissəsi və Ermənistan Silahlı Qüvvələrinin işğalçı kontingentinin bəzi üzvlərinin məhv edilməsi xəbəri yayılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru