Prezidentin köməkçisi: “Ermənistan ordusu Gəncənin mərkəzi bazarını atəşə tutub, bazarın hansı hərbi əhəmiyyəti ola bilər?”

5-10-2020, 14:58           
Prezidentin köməkçisi: “Ermənistan ordusu Gəncənin mərkəzi bazarını atəşə tutub, bazarın hansı hərbi əhəmiyyəti ola bilər?”
“Ermənistan silahlı qüvvələri Gəncənin mərkəzi bazarını atəşə tutub. Bazarın hansı hərbi əhəmiyyəti ola bilər?”

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

“Bu raket hücumu yalnız mülki əhali arasında kütləvi itkilərin olması məqsədilə edilib. Mülki azərbaycanlılara qarşı Ermənistanın dövlət terrorizmi davam edir”, – deyə H. Hacıyev vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru