Düşmən Horadiz şəhərinə ciddi ziyan vurub – Xeyli sayda ev dağılıb

14-10-2020, 00:05           
Düşmən Horadiz şəhərinə ciddi ziyan vurub –
Sentyabrın 27-də – cəbhədə döyüşlərin başladığı gündən bəri düşmənin qərəzli şəkildə Azərbaycanın mülki obyektlərinə və dinc sakinlərinə qarşı təxribatı davam edir. Bu müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən atılan mərmilər Horadiz şəhərinə də ciddi ziyan vurub.

Məlumata görə, düşmənin ağır artilleriyadan istifadə edərək mülki obyektləri atəşə tutması nəticəsində Horadiz şəhərində xeyli sayda ev dağılıb.

Hazırda humanitar atəşkəs rejimi elan olunsa da, düşmən tərəfi daim atəşkəsi pozur, şəhər və kəndlərimizə mərmi yağdırır. Lakin buna baxmayaraq, sakinlər şanlı Azərbaycan Ordusuna güvəndiklərini söyləyirlər. Onlar yaşadıqları evləri tərk etməyəcəklərini bildirirlər. Hazırda şəxsi təsərrüfatları ilə məşğul olan sakinlər qələbənin yaxında olduğuna ümidlidirlər/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru