Qarşıdan çox həlliedici 5 gün gəlir və bu günlərin Azərbaycan tarxi üçün əhəmiyyəti ötən 25 gündən də çoxdur.

22-10-2020, 08:07           
Qarşıdan çox həlliedici 5 gün gəlir və bu günlərin Azərbaycan tarxi üçün əhəmiyyəti ötən 25 gündən də çoxdur.
Müharibənin başlamasının 1 ayının tamamına 5 gün qaldı. Qarşıdan çox həlliedici 5 gün gəlir. Bu günlərin Azərbaycan tarxi üçün əhəmiyyəti ötən 25 gündən də çoxdur.
Rusiya tərəfi ilə məsləhətləşmələrin həyata keçirilməsi məqsədilə Moskva şəhərinə işçi səfərdən geri dönən xarici İşlər naziri (XİN) Ceyhun Bayramov bu gün Vaşinqtona yola düşür. Rusiyanın XİN Sergey Lavrovla görüşdən indiyədək rəsmi məlumat açıqlamayıb. Yalnız, Rusiya XİN saytdında qeyd olunub ki, danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə dair əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsi və onun davamlı həlli üçün şərait yaradılması ilə bağlı təxirəsalınmaz məsələlər müzakirə edildi.
Teref.az xəbər verirki bunu ADR sədri politoloq Qubad İbadoğlu yazır.
Daha sonra Qubad bəy yazır, bəllidir ki, söhbət icra olunmayan atəşkəs razılaşmasından gedir, onun həlli üçün şərait yaradılması ilə bağlı hansı təxirəsalınmaz məsələlərin müzakirə edildiyi barədə Azərbaycan XİN əlavə açıqlamasına ehtiyac vardır. Bağlı qapılar arxasında müzakirə olunan Azərbaycanın tarixi baxımından əhəmiyyətli olan məsələlərə dair susmaq yaxşı əlamət deyildir. Amma yenə də ümid edək ki, Moskva və Vaşinqton görüşləri Azərbaycanın milli və strateji maraqları nəzərə alınmaqla yekunlaşacaq və yenilməz ordumuzun zəfər yürüşünə maneçilik törətməyəcək.
Bu arada diqqətinizi Ermənistanda gedən siyasi oyunlara çəkmək istərdim. Ermənistanın baş naziri Paşinyanın müharibə bəyanatları ilə çıxış və hərb üçün 6 addım planını Facebookda post etdiyi vaxt XİN Mnatsakanyanın "sülh göyərçini" cildində Moskvada apardığı danışıqlar, prezident Sarkisyanın Brüsseldə NATO Baş katibinə Türkiyədən şikayət etməsi düşmənlərin məkrli planlarından xəbər verir. Biri müharibə tərəfdarı kimi daxili audtoriyanın, o biriləri isə sülh tərəfdarları olaraq xarici auditoriyanın ehtiyaclarını qarşılamaqla məşğuldur. Paşinyanın son davranışları çox böyük ehtimalla Qarabağda uğursuzluğun məsuliyyətinin xalqla bölüşülməsinə hesablanıb ki, sabah lazım olanda ermənilərə deyə bilsin ki, mən sizi döyüşə dəvət etdim, amma gəlmədiniz və ona görə də uduzduq.
Görsənən odur ki, ermənilər tarixdə ən acınacaqlı durumunu yaşayırlar. Amma yenə də pis əməllərindən əl çəkmirlər.
Dünən Ermənistan höküməti Ermənistan Türkiyədən gələn mallara müvəqqəti qadağa dair qərar qəbul etdi. Qərar 31 dekabrdan etibarən tətbiq olunacaq. Heç kəsə sirr deyil ki, Ermənistan hökümətinin qərarı Türkiyənin Qarabağ müharibəsində sərgilədiyi mövqe ilə bağlıdır. Azərbaycan höküməti və parlamenti isə Türk mallarının idxalına rüsumun ləğv edilməsi ilə əlaqədar təşəbbüsümə hələ də etinzasız yaraşır və indiyədək münasibət bildirmir.
Qubad İbadoğlu qeyd edir ki, ermənilərin dünən verdiyi açıqlamaya görə, 1 aprel 2019-cu il tarixindən etibarən fəaliyyətə başlayan Hərbçilərin Sığorta Fonduna 60 milyon dollar vəsait toplanıb. Fondun vəsaiti Ermənistan vətəndaşlarının aylıq ianələrindən formalaşır, eləcə də muzdlu işçilər aylda 1000 AMD (2 dollardan biraz çox) "müharibə vergisi" ödəyir. Ermənilər bu Fondan ölən, itkin düşən və ya birinci qrup əlil olanların ailəsinə 10 milyon dram (20 min dollar), ikinci qrup əlil olanların ailəsinə isə 5 milyon dram (10 min dollar) məbləğində birdəfəlik kompensasiya ödəyir. Bundan başqa, əsgərlərin ailəsinə hər ay müntəzəm olaraq 100-300 min dram (200-600 dollar) yardım verirlər. Bunları sadəcə məlumat üçün yazdım.
Dünənə olan məlumata görə, Azərbaycanın Silahlı Qüvvələrə Yardım Fonduna hüquqi şəxslər tərəfindən 45 milyon 422 min 582 manat məbləğində vəsait köçürülüb ki, onun da 17 milyon manatını Caspian Drilling Company köçürüb. Fonda 120 milyon manatdan çox vəsait yığılsa, inanə edən fərdlərlə bağlı məlumat açıqlanmır. Amma şirkətlərin siyahısından bəlli olur ki, Azərbaycanda siyasi elitaya daxil olan məmurların himayə etdiyi şirkətlərin maksimum köçürmələri 1 milyon manatdır. Vaxtı ilə tutduğu və ya indi daşıdığı siyasi vəzifəsinə görə korrupsiyaya qurşanaraq varlanıb oliqarxa çevrilənlər isə bu prosesi hələ də kənardan müşahidə edirlər.
Yekun olaraq onu qeyd etmək istərdim ki, hər kəs üzərinə düşən məsuliyyəti dərk edərək orduya və şəhid ailələrinə, müharibə iştirakçılarına dəstək olmalıdır. Unutmayaq ki, bu qısa zaman kəsiyində baş verən tarixi hadisələrə görə yalnız rəşadətli Azərbaycan ordusuna minnətdar olmalıyıq. Allah əsgər və zabitlərimiz qorusun!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.