Seyran Ohanyan Şuşada ağır yaralandı – Erməni vəkil oğlunun da yaralandığı açıqlayıb

7-11-2020, 08:17           
Seyran Ohanyan Şuşada ağır yaralandı – Erməni vəkil oğlunun da yaralandığı açıqlayıb
Şuşa ətrafında gedən döyüşlərdə Ermənistanın sabiq müdafiə naziri, general-polkovnik Seyran Ohanyan ağır yaralanıb.

Bu barədə xarici mətbuat xəbər verib.

Qeyd edək ki, daha əvvəl onun Şuşanın “hərbi komendant”ı “təyin olunması” barədə məlumat yayılıb.

Azərbaycan mənbələri Seyran Ohanyanın yaralanması xəbərini təsdiqləyiblər. Xatırladaq ki, Ohanyan Ermənistan rəhbərliyində təmsil olunmuş və hazırda da təmsil olunan bəzi şəxslər kimi Xocalı faciəsinin təşkilatçılarından, qətliam qatillərindən biridir.

Bu arada “Vestnik Kavkaz”ın yaydığı məlumata görə görə Seyran Ohanyanın oğlu Artur da döyüşlərin birində yaralanıb.Bu barədə Seyran Ohanyanın vəkili Karen Mejlumyan məlumat verib. Onun yaralanıb,xəstəxanaların birində yerləşdirildiyini bildirən vəkil əlavə məlumatlar verməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru