Bəs sən kimsən, AZƏRBAYCAN?...

7-12-2020, 17:27           
Bəs sən kimsən, AZƏRBAYCAN?...
Türkiyəni sevirəm. Deyim niyə. Ənənəsi olan dövlətdir. Ona edilən heç nəyi unutmur. Nə pisi, nə yaxşını. Nə keçmişdə, nə bu gün.
Qarabağdakı tarixi zəfərimizdə, əlimizi tutan, ən güclü əl idi Türkiyə. Nə Azərbaycanı, nə dövlət başçısını tək qoymadılar savaş meydanında.
Bütün dəstəyi verəcəklərini açıq elan etdilər. Və elə dedikləri kimi də davrabdılr. Dil bir, din bir, millət eyni-türk, hədəf bir, düşmən bir, dost bir...
Bəs bu yazı niyə yazıldı? Bəzən şahid oluruq, beşinci kalonun adamlarına, Qarabağ qələbəsinə hikkəsindən dağılan, tülkü xislətli harasapərəstlərə, ictimai rəyi çaşdırmağa çalışanlara. Dövlətlərin tarixi birliyini, əməkdaşlığını, qardaş dostluğunu zədələməyə, münasibətlərdə çat yaratmağa çalışırlar. Buna paralel, həm də durmadan, xalqı aşağılamaq missiyasını öhtəlik götürüblər . Bu çox aydın hiss olunur. Şəhidlər haqda qara piar, erməni statistikasını qabardılması, hərbi əməliyyatların təşkilinə kölgə salmaq, eyni zamanda Azərbaycanın döyüş qabliyyətini, kiçiltmək də hədəfləridir. Bir sözlə Azərbaycan özündən başqa hər kəsə hətta, bizimlə yaşamağa razı olasa, erməniyə də minnətdar olmalıdır, dövlət və xalq olaraq.
Bir yerdə psixoloji məqamı qeyd etməkdə fayda var. Biz özümüzdən başqa hər kəsi sevər, ona sayğı duyar, göyə qaldırarıq. Əsla özü müzün çox yararlı biri olduğumuzu düşünmərik. Bəlkə bu günə qədər üzərimizdəki bütün imperialistlərin qələbələr məhz bu zəifliyə görə olub. Özümüzə kimliyimizi deyə bilməmişik.
Bu qələbədən sonra niyəsə Azərbaycanı daha artıq, hamıdan, hər şeydən çox sevirəm. Mübariz kimi, döyüşçü kimi, əzmini itirmədiyinə, fədakar vətəndaşlığına görə. Və bu günki Türkiyənin var olması üçün illər öncə bütün riskləri gözə aldığına görə. Yəqin bəzilərinizin bildiyi bu faktları xatırlatmağı lazım bildim. Hər şey tarixdir, hər şey qarşılıqlıdır. Hər şey yazılır. Biz bu gün minnətdarıq, bizə də tarixi minnətdarlıqlar mövcuddur. Gəlin bir yerdə xatırlayaq.
1921-ci ildə, Nərimanovun şəxsi əmriylə, Azərbaycan SSR adından, Türkiyəyə yardım üçün 30 sistern neft, 2 sistern benzin, 8 sistern kerosin göndərilir. Həmin ilin mayında, daha 62 sistern neft göndərib.
Savaş qurtarana qədər eyni dəyərdə neft və üç vaqon kerosin göndərmək haqda öhdəçilik götürülür. Mustafa Kamal Paşa 1921-ci ildə Nərimanova bir məktub yazaraq ondan borc pul da istəyir. 1921-ci il mart ayının 17-də Azərbaycandan 500 kq qızıl göndərilir. Bunun 200 kq-ı dövlət büdcəsinə, qalanı silah və sursat üçün istifadə edilir. Daha sonra Nərimanov Rusiyadan aldığı 10 milyon qızıl pulu da Ankaraya göndərir.
1922-ci ildə Türkiyəyə Batum yolu ilə Azərbaycan tərəfdən doqquz min tondan çox kerasin və 350 ton benzin yardımı edilir.Və Nərimanov Mustafa Kamal Paşaya yazır, “Paşam, bizdə qardaş qardaşa borc verməz. Qardaş hər zaman qardaşının əlindən tutar. Biz qardaşıq, hər zaman əlinizdın tutacaq və tutmağa davam edəcəyik”
Bu əllər hər zaman bir olub, bu gün də birdir. Iki tarıxi əl... Azərbaycan, Türkiyə. O zaman onların, indi bizim yardıma ehtiyacımız var idi. Bu tək millətin yox, həm də tarixin qardaşlığıdır, daha düşmənlər də bilir.
Jalə Mütəllimova.
07.12.2020.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.