Tramp Maskı ABŞ hökumətini kiçiltmək səylərini şiddətləndirməyə çağırıb
Bu gün, 16:34
ABŞ Prezidenti Donald Tramp ixtisarlar və xərclərin azaldılması ilə bağlı etirazlara baxmayaraq, şənbə günü milyarder İlon Maskı federal hökuməti kiçiltmək səylərini şiddətləndirməyə çağırıb.
"İlon əla iş görür, amma mən onun daha aqressiv olmasını görmək istərdim," Tramp öz Truth Social platformasında böyük hərflərlə yazıb. "Unutmayın, bizim xilas etməli olduğumuz, amma ən son nəticədə hər zamankindən daha möhtəşəm etməli olduğumuz bir ölkəmiz var. MAGA!"
Trampın yaratdığı və Maskın idarə etdiyi Hökumətin Səmərəliliyi Departamenti, DOGE, federal hökumət idarələrində alimlərdən tutumuş park rencerlərinə qədər, əksəriyyəti bir ildən az müddətdə işə başlayan on minlərlə hökumət işçisini ixtisar edib.