Müharibə davam etdiyi bir vaxtda, Ukrayna siyasətçiləri prezidentin “elektrik stulu”na göz dikiblər

Bu gün, 17:14           
Müharibə davam etdiyi bir vaxtda, Ukrayna siyasətçiləri prezidentin “elektrik stulu”na göz dikiblər
Ukrayna Prezidenti Volodimir Zelenski “seçkisiz diktator” adlandırılıb, amma bu ilin sonunda səsvermənin keçirilməsinə dair gözləntilərin artıdığı bir vaxtda, rəqibləri artıq onun vəzifəsinə göz dikiblər.

ABŞ Prezidenti Donald Trampın Zelenski haqqında tənqidi fikirləri çox həssas bir nöqtəyə tuş gəlib. Ukraynada 2024-cü ilin mart və ya aprel ayında prezident seçkiləri keçirilməli idi.

Amma Rusiyanın tam-mmiqyaslı hərbi müdaxiləsi səbəbilə keçirilmədi. Ukrayna konstitusiyası 2022-ci ilin fevralında Kremlin genişmiqyaslı müharibəyə başlamasından bir gün sonra Kyivin tətbiq etdiyi hərbi vəziyyət dövründə seçkiləri qadağan edir.

Bununla yanaşı təhlükəsizliklə bağlı çox böyük narahtlıqlar var. İnsanlarla dolu seçki məntəqələri məktəblər, xəstəxanalar və yaşayış binaları da daxil olmaqla mülki hədəflərə dəfələrlə zərbələr endirmiş Rusiya ordusu üçün cəlbedici hədəflərə çevriləcək.

AzadlıqRadiosunun Ukrayna Xidməti fevralın 20-də Kyivdə apardığı sorğu nəticəsində insanların seçkilərin keçirilməsinin əleyhinə olduğunu aşkar edib.

“Rusiyanın işğalı altında olan ərazilərimiz var ki, orada insanlar səs verə və öz seçimlərini edə bilməyəcəklər,” bir qadın deyib.

“Seçki dövründə kim kampaniya apara bilər?” bir başqa seçici deyib.

Eyni gündə Ukraynanın 130-a yaxın vətəndaş qrupu birgə bəyanat yayaraq, mövcud şəraitdə seçkilərin keçirilməsinin mümkünsüzlüyünü bəyan edib.

“Yalnız müharibə başa çatdıqdan və sabit sülh əldə edildikdən sonra... seçkiləri azad, ədalətli, demokratik və əlçatan şəkildə təşkil etmək mümkün olacaq,” onlar yazıblar.

Buna baxmayaraq, belə görünür, prezidentliyə namizədlər artıq ilk ehtiyatlı addımlarını atırlar. Bu il bir növ atəşkəs və ya sülh razılaşmasının olacağı və seçkilərin bir neçə ay ərzində mümkün olacağı gözləntiləri var.

Keçmiş prezident Pyotr Poroşenko hətta tarix irəli sürüb, 26 oktyabr. Onun sözlərinə görə, bu tarix Zelenskinin ofisindəki insanlar tərəfindən açıqlanıb və digər seçkilərlə üst-üstə düşə bilər.

“Konstitusiyaya əsasən, ilin sonunda parlament seçkiləri olmalıdır. Baxmayaraq ki, onlar iki il əvvəl baş verməli idi. Oktyabrın sonunda isə yerli seçkilərimiz olmalı idi,” o bildirib.

Zelenskinin partiyası oktyabrın 26-na dair hər hansı planın olduğunu inkar edib. Prezident bildirib ki, hərbi vəziyyət ləğv edilərsə, bu il seçkilər keçirilə bilər – bu isə döyüşləri dayandırmaq üçün razılaşmanın əldə olunmasından sonra mümkün olacaq.

Rusiyayönlü fiqurlar da fəal olmağa başlayıb. 2019-cu il seçkilərində dördüncü olan Yuri Boyko dekabr ayında Kremlin dediklərini əks etdirən TikTok kampaniyasına başlayıb və bu səbəblə də o, Ukrayna Təhlükəsizlik Xidmətinə sorğu-suala çağırılıb.

Almaniyanın Yaşıllar Partiyasından olan və Sovet dövründə Rusiyada böyümüş Avropa Parlamentinin üzvü Sergey Laqondinski bu yaxınlarda belə yazıb: “Putin, Ukraynanı tabe etmək planlarını pozduğuna görə Zelenskiyə nifrət edir. Və o, amansız müharibədən sonra rusiyapərəst namizədin olması arzusundadır.”

Lakin bir çox analitik hesab edir ki, Rusiya qüvvələrinin on minlərlə ukraynalı əsgər və mülki vətəndaşı öldürdüyü üç illik müharibədən sonra Kremlpərəst namizədin seçilmək şansı çox azdır.

Bununla belə, seçkilər olduğu zaman vəziyyət amansız ola bilər.

“Hamı bir-birini Rusiyanın genişmiqyaslı hərbi müdaxiləsinin başlamasında günahkar olmaqda ittiham edəcək,” vətəndaş qrupu olan Dayanıqlıq və Birlik üçün Milli Platformanın həmtəsisçisi Oleh Saakyan bildirib.

O, Nastoyaşeye Vremya-ya danışarkən "veteranların veteranlara qarşı, əsgərlərin əsgərlərə qarşı" mübarizəsinin olacağını proqnozlaşdırıb.

"Hazırda prezidentin oturacağı elektrik stuludur," o deyib.

Zelenskinin ən böyük potensial rəqibi heç bir ictimai addım atmayıb. O hətta namizəd olmaq istədiyini belə söyləməyib. Bununla belə, ordunun keçmiş baş komandanı Valeriy Zalujnının Ukraynanın Londondakı səfiri kimi hazırkı vəzifəsində gözləməkdə olduğu düşünülür.

Rəy sorğusu aparanlar artıq ictimaiyyətdən nə düşündüklərini soruşurlar - və Zalujnı birinci yerdə gəlir.

Ancaq indi və gələcək seçki günü arasında çox şey ola bilər. Çox şey döyüşləri dayandırmaq üçün hansı diplomatik razılaşmanın bağlanmasından asılı olacaq












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.