Seçkilər ərəfəsində, Almaniya dünya boyu dəyişən vəziyyətlə üzləşir

Bu gün, 15:23           
Seçkilər ərəfəsində, Almaniya dünya boyu dəyişən vəziyyətlə üzləşir
Almaniyada siyasətçilər şənbə günü mühüm seçkilər ərəfəsində səslər uğrunda son mübarizələrini aparıblar. Mühafizəkarlar ifrat sağın dramatik yüksəlişinə baxmayaraq, seçkidə qalib gəlməyə ümid edirlər.

Bazar günü keçiriləcək səsvermə Avropa və onun böyük iqtisadiyyatı üçün təlatümlərin yaşandığı bir vaxta təsadüf edir. Belə ki, ABŞ prezidenti Donald Tramp Rusiya ilə əlaqə saxlamaqla Ukrayna münaqişəsində Qərbin vahid mövqeyinə son qoyub.

Trampın ticarət müharibəsi ilə bağlı təhdidləri, iqtisadiyyatı son iki il ərzində kiçilən və eyni zamanda immiqrasiya və təhlükəsizlik məsələlərində kəskin sosial qütbləşmə ilə üzləşən Almaniya üçün daha çox problem yaradır.

Bazar günü baş tutacaq səsvermə, mərkəz solçu kansler Olaf Şoltsun üçtərəfli koalisiyasının noyabrın əvvəlində dağılmasından sonra vaxtından yarım il əvvəl keçirilir.

Fridrix Merzin rəhbərlik etdiyi mühafizəkar CDU-CSU ittifaqı uzun müddətdir ki, rəy sorğularında Şoltsun SPD partiyasından iki dəfə çox olmaqla, təxminən 30% səslə güclü liderliyə malikdir.

İfrat sağçı Almaniya üçün Alternativ və ya AfD partiyası təxminən 20% səslə ikinci yerdədir və miqrantların günahlandırıldığı ölümcül bıçaq və avtomobil hücumları ilə əlaqədar qəzəb səbəbilə ona dəstək artıb.

Seçkilərə cəmi 10 gün qalmış Münhendə avtomobili küçədə keçirilən bir aksiyada insanların üzərinə sürərək, 2 yaşlı uşağı və anasını öldürən, onlarla insanı yaralayan əfqan mənşəli kişi həbs olunub.

Daha sonra isə cümə günü 30 yaşlı ispan mənşəli bir kişinin Berlində yerləşən Holokost Muzeyində bıçaqla yaralanması ölkədə şok effekti yaradıb. Ancaq polis hələ ki, hücumun motivi ilə bağlı açıqlama verməyib.

İki əsas problem

AfD, Trampın yaxın çevrəsindən güclü dəstəyə sahibdir. Belə ki, texnologiya milyarderi İlon Mask və vitse-prezident JD Vans partiyaya dəstək verən çıxışlar ediblər.

Ölkə daxilində gərginliyin yüksək olduğu bir vaxtda, şənbə günü Berlində iki ifrat sağçıların nümayişinə və ona etiraz aksiyasına böyük izdihamların cəlb ediləcəyi gözlənilirdi.

Çərşənbə günü Şolts ilə son televiziya debatında CDU-dan olan Merz almanları "ölkənin iki əsas problemini: miqrasiya və iqtisadiyyatı" həll etmək üçün ona güclü mandat verməyə çağırıb.

Şənbə günü günortadan sonra Merz Münhendə və ölkənin cənubundakı Bavariya əyalətində CDU-nun qardaş partiyası CSU-nun lideri Markus Soederlə birlikdə yekun seçki mitinqi keçirəcək.

Şolts, cümə günü Dortmundda keçirdiyi son kampaniya mitinqində çıxış edərək, Ukraynanın suverenliyini dəstəklədiyini vurğulayıb və Münhen Təhlükəsizlik Konfransında Vansın son şərhlərinə qarşı çıxaraq Almaniyanın söz azadlığına sadiqliyini müdafiə edib.

Scholz söz verib ki, “biz Ukraynanı tək qoymayacağıq və onların başının üzərində qərar verməyəcəyik və Ukraynanın öz hökumətini seçə bilən bir ölkə olmasını təmin edəcəyik.”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.