“ABŞ-dən aldığımız pulu qaytarmayacağıq, imkan yoxdur” — Zelenski

25-02-2025, 00:02           
“ABŞ-dən aldığımız pulu qaytarmayacağıq, imkan yoxdur” — Zelenski
Ukrayna prezidenti Volodimir Zelenski Vaşinqtonun Kiyevə qarşı irəli sürdüyü maliyyə iddiaları ilə razılşamyaıb.

Bildirib ki, ABŞ-nin keçmiş prezidenti Co Baydenlə razılaşmaya əsasən verilən pullar kredit yox, qrantlardır. Odur ki, pullar qaytarılmayacaq.

Bu barədə Ukraynanın “Mirror of the Week” nəşri məlumat yayıb.

“Mən ABŞ-nin 500 milyard dollar tələbini tanımayacağam... 100 milyard dolları belə verməyə imkanımız yoxdur. Biz prezident Baydenlə razılaşdıq ki, bu qrantdır! Qrant öhdəlik deyil. Qrantlar geri qaytarılmır. İndidən sonra 10 nəsil ukraynalıların üzərinə düşəcək öhdəliyi imzalamaq niyyətində deyiləm", - Zelenski bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru