"Qalatasaray" "Fənərbağça"ya görə bu oyunu qurban verdi"

Bu gün, 00:00           
"Qalatasaray" "Fənərbağça"ya görə bu oyunu qurban verdi"
"Bir azarkeş kimi deyə bilərəm ki, "Qalatasaray" "AZ Alkmaar"la oyuna tam köklənməmişdi".

Bu sözləri Offsideplus.az saytına açıqlamasında UEFA nümayəndəsi Orxan Hüseynzadə deyib.

O, ötən həftə Avropa Liqasının pley-off mərhələsində "Qalatasaray"ın Hollandiyanın "AZ Alkmaar"la cavab matçında iş başında olub.

Həmyerlimizin sözlərinə görə, qarşılaşma yüksək səviyyədə təşkil edilib: "UEFA nümayəndəsi kimi ətraflı açıqlama vermək hüququm yoxdur. Bu mənim müqaviləmdə də yazılıb. Sadəcə, təhlükəsizlik və təşkilati işlərə cavabdeh şəxs kimi onu qeyd edərdim ki, oyunda heç bir neqativ hal yaşanmadı. Güclü qar da təşkilati məsələlərə əngəl törətmədi. Stadionun ot örtüyünün qızdırıcı sistemi olduğuna görə, qar tamamilə ərimişdi. Görüşə azarkeş marağı da böyük idi. Oyuna 37 min azarkeş gəlmişdi".

Orxan Hüseynzadə "Qalatasaray"ın qələbə qazana bilməməsi barədə də fikirlərini görüşüb: "Məncə, "Qalatasaray" 4 gün sonra "Fənərbağça" ilə derbini nəzərə alıb, "AZ Alkmaar"la matçı qurban verdi. Onsuz da Hollandiya səfərindən böyükhesablı məğlubiyyətlə dönmüşdülər. Növbəti mərhələyə çıxmaq şansı az idi. "Fənər"lə oyundan öncə əbəs yerə çox güc itirmək istəmədilər".

Qeyd edək ki, "Qalatasaray" - "Fənərbağça" derbisi bu gün Bakı vaxtilə saat 21-də start götürəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.