Ermənilər sosial şəbəkələrdə "partizan müharibəsinə" çağırışlar edirlər

12-12-2020, 09:35           
Ermənilər sosial şəbəkələrdə "partizan müharibəsinə" çağırışlar edirlər
Teref.az xəbər verir ki, ermənilər xislətlərinə sadiq qalaraq imzaladıqları razılaşmanın mürəkkəbi belə qurumamış onu pozmağa başlayırlar. Sosial şəbəkələrin erməni seqmentində "Qarabağda partizan savaşı"na başlamaqla bağlı çağırışların sayı sürətlə artır. İş o yerə çatıb ki, "partizan savaşı ilə bağlı fərdi fəaliyyət təlimat"ları da yayılır. Bu tendensiya barədə sosial şəbəkə istifadəçisi Mehriban Sadiqova yazır:
"Deyəsən toplum olaraq məhv olmaq istəyirlər.
ermənilərin sosial şəbəkələrdəki profillərində, səhifələrində, habelə Telegram-dakı kanallarında "Qarabağda partizan savaşı"na başlamaqla bağlı çağırışların sayı sürətlə artır.
İş o yerə çatıb ki, "partizan savaşı ilə bağlı fərdi fəaliyyət təlimat"ları da yayılır.
Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli anlaşmadan narazı qalan erməni millətçilərlə şovinistlər bununla iki məqsəd güdürlər.
Onlar həm Ermənistan daxilində baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyalarının intensivliyini və miqyasını artırmaq, daxili siyasi situasiyanı mümkün qədər gərginləşdirmək, həm də Qarabağda vəziyyəti mümkün qədər ağırlaşdırmaq istəyirlər.
"Qarabağda partizan savaşı" bəyanatları faktiki olaraq açıq-aşkar terrorçuluq fəaliyyətinə çağırışlardır.
"
P.S. Dünən Hadrut şəhərində əskərlərimizə silahlı hücum, ondan əvvəl "Azəcell" işçilərinə hücum haqqında gələn xəbərlərin fonunda ermənilərin üç tərəfli razılaşmanı pozduqları görünür. Ermənistanda bu gün hakimiyyət vertikalının zəifliyini və Qarabağ klinının, onu yemləyən revanşist qüvvələrin gün gündən qüvvətləndiyini nəzərə alsaq düşmənin provakasiyalara gedəcəkləri bəlli olur. İndi söz "sülhməramlı"-larındır.
P.S.S. Hər halda Azərbaycan və Türkiyədə bu məsələdə sakit durmayacaqlar!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.