Aİ diplomatiyasının rəhbəri Rusiyanın aktivlərinin müsadirəsindən danışdı

25-02-2025, 10:27           
Aİ diplomatiyasının rəhbəri Rusiyanın aktivlərinin müsadirəsindən danışdı
"Avropa İttifaqı ölkələrinin Rusiyanın dondurulmuş aktivlərini müsadirə etmək kimi ümumi istəyi yoxdur".

"RİA Novosti"nin verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas məlumat verib.

"Vahid mövqe olmalıdır, lakin bizdə hazırda belə bir mövqe yoxdur", - o bildirib.

Kallasın fikrincə, müsadirə edilmiş Rusiya aktivləri Ukraynanın ehtiyaclarına yönəlməlidir.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi dəfələrlə milli vəsaitlərin müsadirəsini oğurluq adlandırıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru