Çində şirkət işdən qovmaq təhdidi ilə subay əməkdaşlarından evlənmələrini tələb edib

25-02-2025, 12:09           
Çində şirkət işdən qovmaq təhdidi ilə subay əməkdaşlarından evlənmələrini tələb edib
Çində şirkət özünün tənha və ya boşanmış əməkdaşlarını işdən çıxarmaqla hədələyərək onlardan nikaha girməyi tələb edib.

Oxu.Az "South China Morning Post" qəzetinə istinadla xəbər verir ki, Çinin Şandun əyalətində 1 200 nəfərin işlədiyi "Shuntian Chemical Group" şirkətdə nikahların səviyyəsini yüksəltməyi vəd edən siyasətini açıqlayıb.

Şirkət 28-58 yaş arasında olan subay əməkdaşlarından bu il sentyabrın sonuna qədər evlənməyi tələb edib. Martadək nikaha girməyənlər öz nöqsanlarını tənqid edərək açıq məktub yazmalıdırlar.

Əgər onlar iyunun sonuna kimi evlənməsələr, şirkət onların işinin qiymətləndirilməsini aparacaq. Sözügedən əməkdaşlar sentyabrın sonuna qədər tənha qalsalar, işdən qovulacaqlar.

İşçilər tələbləri ədalətsiz adlandırıblar və bunun əsasında yerli insan resursları və sosial təminat bürosu araşdırma aparıb, bir gündən sonra şirkət tələbləri ləğv etdiyini elan edib. Heç bir əməkdaş ailə vəziyyətinə görə işdən çıxarılmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru