Jerar Depardyeyə qarşı cinayət işi açıldı

Bu gün, 12:18           
Jerar Depardyeyə qarşı cinayət işi açıldı
Fransada tanınmış aktyor Jerar Depardyeyə qarşı cinayət işi açılıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Frans Press" (AFP) agentliyi məlumat yayıb.

76 yaşlı Depardyenin vergi fırıldaqçılığı ilə bağlı təhqiqat obyekti olduğu bildirilir.

2024-cü ildə Paris prokurorluğu cinsi təcavüzdə günahlandırılan sənətçi haqqında istintaqa başlayıb. Fransanın 50 mədəniyyət xadimi Depardyenin müdafiəsi üçün çıxış edib. Bu iş üzrə məhkəmə 2025-ci ilin martına təyin edilib.

Hakimlər səhhəti ilə əlaqədar 2024-cü ilin oktyabrında keçirilən məhkəmə iclasında iştirak etməyən aktyorun "tibbi müayinəsi"ni də təyin ediblər.

Qeyd edək ki, Jerar Depardye 2013-cü ildə Rusiya vətəndaşlığını qəbul edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.