Bu haqda Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Papa Fransiskin vəziyyəti bir qədər yaxşılaşıb:
“Gecə yaxşı keçdi, Papa yatdı və dincəlir”.
Xatırladaq ki, Roma Papası ötən həftə xəstəxanaya yerləşdirilib. Daha sonradan ona ikitərəfli pnevmoniya diaqnozu qoyulub və vəziyyətinin ağır olduğu bildirilib.