Arıqlamaq üçün istifadə edilən dərmanlar onlarla britaniyalının ölümünə səbəb olub

25-02-2025, 11:11           
Arıqlamaq üçün istifadə edilən dərmanlar onlarla britaniyalının ölümünə səbəb olub
Böyük Britaniyada 80-dən çox insan şəkərli diabetin müalicəsi üçün istifadə olunan və eyni zamanda, arıqlama məqsədilə qəbul edilən preparatların tətbiqi nəticəsində vəfat edib.

Bu barədə Oxu.Az ölkənin Dərman Vasitələri və Tibbi Məhsulların Tənzimlənməsi Agentliyinə (MHRA) istinadən məlumat verir.

Söhbət Danimarkanın "Novo Nordisk" şirkəti tərəfindən istehsal edilən "Ozempic" və ABŞ-nin "Eli Lilly" əczaçılıq şirkətinin məhsulu olan "Muncaro" ("Mounjaro") preparatlarından gedir.

Yanvar ayının sonuna qədər agentlik arıqlama məqsədilə bu cür preparatların istifadəsi ilə bağlı 22 ölüm halı qeydə aldığını bildirib. Daha 60 ölüm hadisəsi isə ikinci tip diabetin müalicəsi üçün bu dərmanların qəbulu ilə əlaqələndirilib.

"Bu vasitələr satışa çıxdığı vaxtdan bəri təxminən 400 nəfər stasionar müalicəyə ehtiyac duyub", - deyə qeyd olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru