Viktor Muraxovski: "Azərbaycan Ordusunun Xankəndinə girməsinə nə mane oldu?"
3-01-2021, 13:49

Əlli gün əvvəl Qarabağ müharibəsi dayandırıldı, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında sülh anlaşması imzalandı. Bu hadisə çoxları üçün gözlənilməz oldu. Azərbaycan Ordusu müvəffəqiyyət qazandı və mütəxəssislərin fikrincə, bu ordu yalnız 90-cı illərdə ələ keçirilmiş yeddi bölgənin deyil, bütün tanınmamış “Dağlıq Qarabağ Respublikası”nı da tam nəzarətə götürməyə bir addım qalmışdı. Bəs Ankaranın tam hərbi dəstəyini alan Bakını müharibəni daha uğurlu başa çatdırmaqdan nə dayandırdı? Hansı mübahisələr müharibəni dayandırdı? Bu suallara tanınmış bir hərbi ekspertlə cavab tapmağa çalışacağıq.
44 gün davam edən hərbi əməliyyatlar zamanı Bakı və İrəvan, eləcə də Ankara informasiya müharibəsi apardı. Hər gün yüksək tonlu açıqlamalar, hədələr, qalib hesabatlar və bunun inkarları eşidildi. Bu informasiya döyüşündə Moskvanın səsi çətinliklə eşidildi.
Rusiyanın mövcud hadisələrdən uzaqlaşdığı və bu hadisələrdə heç bir şəkildə iştirak etmədiyi təəssüratı yarandı. Ancaq bu, belə deyildi. Rusiya hadisələri “diqqət mərkəzində” saxlayırdı. Məsələn, bu yaxınlarda Prezident Putinin maraqlı tərəflərlə günlərlə intensiv telefon danışıqları apardığı məlum oldu. Nəyin müzakirə olunduğunu düşünə bilərik. Şübhəsiz ki, Moskva Bakını “Artsax”ın (Qarabağın – red) hərbi əməliyyatlar yolu ilə ələ keçirmək planlarından imtina etməyə razı salmağa çalışırdı. Bu plana Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da müttəfiq edildi.
Nəticədə Moskvanın Bakını belə bir senaridən çəkindirdiyi aydın oldu. Erməni əhalisinin oradan tamamilə qovulması Rusiyanın maraqlarına uyğun deyildi. Ancaq münaqişə vəziyyətindəki bu cür məntiqi mübahisələr nadir hallarda qalibləri dayandırır. Qalib tərəf hər şeyi bir anda götürməyə qərarlı olur. Bu münasibəti dəyişdirmək üçün fərqli arqumentlərə ehtiyac var. Və çox güman ki, bunlardan Moskva tərəfindən Dağlıq Qarabağdakı müharibəni dayandırmaq səylərində istifadə edilib.
Aparıcı hərbi ekspert, “Arsenalı Rodina” jurnalının baş redaktoru Viktor Muraxovskinin fikrincə, Rusiyanın bölgədəki hərbi potensialının nümayişi Dağlıq Qarabağdakı hərbi əməliyyatların dayandırılması üçün əsas əhəmiyyət kəsb etdi. Üstəlik, yalnız güc tətbiq etməyə hazır olmağın nümayişi müharibənin bitməsi üçün kifayət idi. “Noyabr hadisələri göstərdi ki, cəmi bir gündə strateji bir istiqamətdə yüzdən çox uzaqmənzilli qanadlı raket (MK) bölməsi olan bir daşıyıcı qrup yaradıldı”.
Məlum olduğu kimi, uzaqmənzilli qanadlı raketlərin daşıyıcıları aviasiya təyyarələri, həmçinin sualtı və yerüstü gəmiləridir. Xəzər donanmasında belə raket gəmiləri – “Kalibr-NK” qanadlı raket daşıyıcıları çoxdan var. Bir neçə il əvvəl Suriyadakı terrorçu bazalarına məhz Xəzər dənizindən qanadlı raketlərlə hücum edilmişdi.
Viktor Muraxovskiyə görə, Qarabağ müharibəsində rus ordusunun artan manevr qabiliyyəti də tam şəkildə nümayiş olundu. Quru Qoşunlarının briqadası bir gündə strateji istiqamətdə nəyə qadir olduğunu göstərdi. Bildiyiniz kimi, 10 noyabrda razılaşma bağlandıqdan sonra Rusiya bir neçə gün ərzində Dağlıq Qarabağa sülhməramlı kontingentin 2000-ə yaxın əsgərini köçürdü. Aydın məsələdir ki, intensiv danışıqlar dövründə, müharibəyə son qoymağın şərtləri müzakirə olunarkən, Rusiya belə bir hava əməliyyatı keçirməyə hazır olduğunu bildirdi.
Bundan əlavə, Muraxovskiyə görə, Rusiya ordusu Gümrüdə bir hərbi bazaya sahib olduğu Zaqafqaziyada “bir neçə saat içində öz gücü ilə taktiki qrupları təcili şəkildə hərəkətə gətirmək və hücum etmək” qabiliyyətini nümayiş etdirdi.
Viktor Muraxovski deyir ki, xarici siyasətçilər “danışıq masasında” bu faktları görməzlikdən gəlir. Onun sözlərinə görə, SSRİ-nin və müasir Rusiyanın bütün tarixində heç vaxt orduda bu qədər yüksək dərəcədə kadr təminatı, indiki kimi yüksək səviyyəli birləşmə və bölmə nisbəti olmamışdı.
Ekspert əlavə edib ki, Rusiya Silahlı Qüvvələri “döyüş əməliyyatları bölgəsində öz işlərini yüksək səviyyədə gördü. Havada, quruda, dənizdə 24 saat, 365 işləmək üçün indi ordumuzda hər şey var. Gözəl təməl qoyulur. Kadr problemlərinin həlli Rusiya ordusunun son illərdəki mühüm nailiyyətidir”.
“Moskovskiy komsomolets”, 2 yanvar 2021.
Tərcümə etdi: Surxay Atakişiyev,
KONKRET.az