Bunlara kim dur deməlidir: Azərbaycan hakimiyyəti, yoxsa rus "sülhməramlıları"?

6-01-2021, 08:36           
Bunlara kim dur deməlidir:
Yanvarın 5-də Ermənistanın xarici işlər naziri Ara Ayvazyan qondarma Dağlıq Qarabağ respublikasının rəhbərliyi ilə görüşmək üçün Xankəndində olub, Arayık Arutunyanla görüşüb.
Teref.az yazır ki, bunu politoloq Qubad Obadoğlu deyib. Daha sonra Qubad İbadoğlu deyir:
Mətbuat xəbər verir ki, Arutyunyan və Ayvazyan Qarabağla bağlı üçtərəfli bəyanatın həyata keçirilməsini, xüsusən də məhbusların və girovların qaytarılması, qaçqınların geri qaytarılması problemlərini, eləcə də münaqişə bölgəsində sabitlik və sülhün bərqərar olması məsələlərini ətraflı müzakirə ediblər. Verilən məlumata görə, görüşün əsas mövzularından biri Qarabağdakı humanitar vəziyyətin nizamlanması idi. Bu çərçivədə tərəflər zədələnmiş infrastrukturların bərpası, müharibənin sosial-iqtisadi nəticələrinin aradan qaldırılması ilə bağlı proqramlar da müzakirə olunub.
P.S. Biz nə zamana qədər belə xəbərləri oxuyub məyus olacağıq. Ayvazyan sıradan bir şəxs deyil, bizim razılığımız olmadan Xankəndinə necə rəsmi olaraq işgüzar səfər edir? Bunlara kim dur deməlidir: Azərbaycan hakimiyyəti, yoxsa rus "sülhməramlıları"?
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru