Rusiyalı muzdlular Azərbaycana qarşı döyüşüblər

24-01-2021, 09:40           
Rusiyalı muzdlular Azərbaycana qarşı döyüşüblər
Yanvarın 22-də (2021) Azərbaycan Baş Prokurorluğu Qarabağda Ermənistanın tərəfində vuruşan iki liviyalı muzdlunun həbs edildiyini bildirib. Hazırda Azərbaycanda düşmən ordunun 100-dən artıq əsir döyüşçüsü var, araşdırma Cenevrə Konvensiyasına əsasən hərbi əsirlər haqqında qanunla müdafiəyə şamil olunmayan digər xarici muzdluları da aşkara çıxara bilər. Ölkə XİN Livan və azərbaycanlıları öldürmək üçün vətəndaşları ölkəmizə qanunsuz olaraq gələn digər ölkələrin hökumətlərinə rəsmi etirazını bildirə bilər.

Rusiya – bilavasitə Azərbaycan ərazisində müharibə zamanı Ermənistana ölümcül silahları göndərən və vətəndaşları Qarabağda döyüşən ölkənin hökumətini da kənarda qoymaq olmaz.

Azərbaycana qarşı müharibədə Rusiyadan olan ermənilərin şübhəsiz iştirakından başqa, bizim ölkəyə Vaqner ÖHŞ-nin peşəkar muzdluları fəaliyyət göstəriblər. Sahibi Sergey Priqojinin əsərlərini sevdiyi məşhur bəstəkarın adı ilə ləqəb aldığı özəl hərbi təşkilat belə adlanır.

Noyabrın 4 – də Turan agentliyi “Azadlıq” radiosuna istinadən bildirib ki “Vaqner” ÖHT-nin ilk döyüşçüləri Dağlıq Qarabağa hələ avqustun sonu-sentyabrın əvvəllərində gediblər.

Rusiyanın bəzi nəşrləri yazırdılar ki, “Vaqner”in 500 döyüşçüsü noyabrın əvvəlində Dağlıq Qarabağa gelib. Şuşanı 300 nəfər müdafiə edib.

Rusiya ordusunun istefada olan kapitanı Viktor Zlobov deyib ki, “Vaqner” ÖHT saxlanması mümkün olan az şeyin saxlanmasında mühüm rol oynayıb. Görünür, Şuşanı məhz Rusiya könüllülərinin sayəsində saxlamaq mümkün olub”, – o qeyd edib.

RF xüsusi xidmət orqanlarının veteranı Viktor Oqnev “Novıx izvestii”nin müxbiri ilə söhbətində Qarabağda Vaqnerçilərin sayını müzakirə edir: “KİV-də bir neçə yüz barədə məlumatlar vardı. Müdafiənin müəyyən sektorunu bağlamaq olar. HHM təşkil etmək olar. Görünür, belə bir şey edildi. Azərbaycanda müxtəlif pilotsuz uçan aparatların uğurlu tətbiqinə dair videoların sayı qəflətən əbəs yerə azalmadı”, – Oqnev fikrini yekunlaşdırıb.

Dekabrın 2-də “Russkaya planeta” saytı bildirib ki, Teleqram-kanalların birində belə məlumat yayılıb ki, Ermənistan Rusiya özəl hərbi şirkətinin əməkdaşlarına işi üçün pul ödəməkdən imtina edib.

Ermənistanın “Arminfo” saytı Teleqram-kanalın Vaqnerlə bağlı olduğunu bildirib. Bu resurs işarə edib ki, onun muzdluları hazırda Dağlıq Qarabağdadır. Bunun ardından Yerevan resursu Bellicgcat saytının araşdırılması haqda məlumat dərc edib: “Kanalın dərc etdiyi bəzi fotoların geolokasiyası göstərir ki, əslində, onlar Cənubi Qafqazda yox, Suriyada çəkilib. Bu eyhamlar yalan kimi görünür; Vaqnerin Dağlıq Qarabağda olmasına dair heç bir sübut yoxdur”, – “Arminfo”da qeyd ediblər.

Lakin “Russkaya planeta” və digər resurslarda “Vaqner” döyüşçüsünün Şuşada erməni kilsəsinin fonunda çəkilmiş fotosu yerləşdirilib.

Gürcüstanın milli təhlükəsizlik üzrə eksperti Qoça Qvaramia isə hesab edir ki, “Vaqner” qrupundan olan muzdlular Qarabağda qalıblar.

“Rusiya tərəfi məlumat yayıb ki, Qarabağ münaqişəsi zonasında yerləşdiriləcək bütün hərbçilər, yəni 1960 nəfər Suriya təcrübəsinə malikdir. Belə çıxır ki, onlar Suriyada xidmət keçiblər. Rusiya qoşunlarının Suriyada nə ilə məşğul olduğunu bilmək çətin deyil, sadəcə, “Google”un xidmətlərindən istifadə etmək lazımdır. Orada əsasən “Vaqner” qrupunun muzdlularının döyüşməsi sirr deyil. Qrupun hərbi tərkibini Rusiya Müdafiə Nazirliyi BKİ-dən olanlar və ya bu qurumların hazırladığı şəxslər təşkil edir. Nəzərə alsaq ki, BKİ üçün saxta sənəd hazırlamaq, öz şəxsi ehtiyacları üçün yenidən tərtib etmək çətin iş deyil,

BKİ-nin sənədləri saxtalaşdırmasının, hər hansı hərbi hissəni öz ehtiyaclarına və Kremlin siyasətinə uyğun şəkildə yenidən təşkil etməsinin çətin olmadığını nəzərə alsaq, böyük ehtimalla Qarabağ münaqişə zonasında sülhməramlı adı altında real olaraq “Vaqner” ÖHŞ-nin nümayəndələri yerləşdirilib”, – Q.Qvaramiya bildirib.

Açıq mətbuatda rusiyalı muzdluların Azərbaycana qarşı müharibəsi haqda çox məlumatlar var. Dünyada “Vaqner”çilərin qəddarlığı məlumdur, onlar müharibədə beynəlxalq humanizm qaydalarına riayət etmirlər. Azərbaycan XİN “iki ölkə arasında strateji münasibətlərə kölgə salmamaq üçün” Putinə yaxın hərbi şirkətin ölkəmizə qarşı müharibəsi barədə susmamalıdır. /Turan












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.