Şahin Mustafayevin Ermənistanda doğulması erməniləri ÜMİDLƏNDİRİB - İDDİA

27-01-2021, 10:09           
Şahin Mustafayevin Ermənistanda doğulması erməniləri ÜMİDLƏNDİRİB - İDDİA
Yaxın günlərdə Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinləri Moskvada görüşəcək.

Modern.az xəbər verir ki, Ermənistan mediası Azərbaycan nümayəndə heyətinə başçılıq edəcək Şahin Mustafayevin əslən Noyemberyan (Barana) rayonunun Cucevan (Barana) kəndində anadan olmasını, Noyemberyanda 2 nömrəli orta məktəbi bitirməsini xüsusilə qabardır.

Erməni mediası Şahin Mustafayevin əslən Ermənistandan olması və həmin ərazilərdə böyüməsi faktının həmkarı Mqer Qriqoryanla danışıqlar zamanı hər hansı rol oynayıb-oynamayacağə barədə mühakimə yürüdür.
Onların fikrincə, Mqer Qriqoryan Moskva danışıqları zamanı Azərbaycan tərəfi qarşısında Xocavənddə əsir götürülən erməni diversantların azad olunması istəyini qaldıra bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru