Bakı sakini Prezidentə müraciət etdi:"Televizoya kanallarında heç violonçel ifaçilarına rast gəlmək olmur. "

10-02-2021, 16:00           
Bakı sakini Prezidentə müraciət etdi:"Televizoya kanallarında heç violonçel  ifaçilarına rast gəlmək olmur. "
Teref.az xəbər verir ki, Bakı sakini mədəni inkşafımıza dair təkliflərlə Azərbaycan Respublikasının Prezidenti İLHAM ƏLİYEV cənablarına müraciət ünvanlayıb. Müraciəti təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti İLHAM ƏLİYEV cənablarına.
Salam cənab Prezident.
Qısa və konkret yaziram.
Ümmummilli Lider Heydər Əliyev böyük violonçel ifaçısı Mstislav Rostropoviçi Azərbaycana dəvət etdiyinnən sonra mənim bu musiqi alətinə böyük marağım oyandı və mən violonçel musiqisini dinləməyə başladım. Maraqlandım ki, Azərbaycanda kimlər böyük violonçel ifaçısı olub.
Cəmi üç nəfərin adına rast gəldim. Professor Sabir Əliyev, professor Rasim Abdullayev. Xanımlardan isə Nəzmiyə Abbaszadənin adlarına rast gəldim.
Televizoya kanallarında heç violonçel ifaçilarına rast gəlmək olmur. Bu musiqi alətinin təbliğatı ümumiyətlə getmir. Bakı musiqi məktəblərindən maraqlanmışam və məlumat almışam ki valideyinlər uşaqlarında bu musiqi alətinə marağ oyatmırlar və yönləndirmirlər. Sizdən xahiş edirəm ki, Ümummilli Lider Heydər Əliyevin başladığı bu nəcib ənənə inkişaf etsin.
Təklif edirəm, bütün Bakı musiqi məktəblərində violonçel ixtisası üzrə şagird qəbulu təşkil olunsun. Bakı Musiqi Akademiyasında violonçel aləti üzrə magistraturanı bitirən violonçel müəllimləri musiqi məktəblərində violonçel ixtisası üzrə müəllim işləməkdə çətinlik yaşayırlar, çünki şagird yoxdur.
Xahiş edirəm bu məsələyə dövlət səviyəsində nəzarət olunsun və 6-7 yaşlı uşaqlar musuqi məktəblərində bu alət üzrə təhsil almağa cəlb olunsunlar.
Azərbaycan violonçel məktəbinin inkişafı bizim dövlətin Avropada müsbət imidcinə böyük dəstəkdir.
Sağolun.
Hörmətlə Lətifova Təranə Şakir qızı.
Bakı şəhəri Binəqədi rayonu 8 ci mikrorayon sakini.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru