"Mətbuat yazır ki, “Azvirt” şirkəti AZAL prezidenti Cahangir Əsgərova məxsusdur."- Qubad İbadoğlu yazır...

27-02-2021, 23:46           
"Mətbuat yazır ki,  “Azvirt” şirkəti AZAL prezidenti Cahangir Əsgərova məxsusdur."-
Füzulidən Şuşaya çəkilən “Zəfər yolu”nun uzunluğu 102 km-dir. Bu yolun inşasının 2022-ci ilin ortalarında başa çatdırılması planlaşdırılır.
İnşaat işləri dörd şirkətə, o cümlədən Türkiyə şirkətinə həvalə edilib. “AzVirt” bu yolun 24 kilometrlik hissəsini çəkir. Digər şirkətlərə dair məlumatlı olmasam da, "AzVirt” şirkəti barədə bildiklərimi bölüşmək istərdim.
Teref.az xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu yazır.
Daha sonra ekspert yazır, 1995-ci ildə Azərbaycan – Almaniya Birgə müəssisəsi kimi yaradılıb, sonradan təşkilati-hüquqi formasını dəyişib. Onun nizamnamə kapitalı 129 min manatdır. Şirkətin təsisçiləri 30%-lik payla Almaniya vətəndaşı Martin Manfred (həm də texniki direktordur), 25%-lik payla Azərbaycan vətəndaşı Elnur Əliyev (həm də maliyyə direktorudur), 25%-lik payla Lüksemburqun “Falcom Holding”i və 20%-lik payla Almaniya vətəndaşı Sakhariaz Valterdir.
Bu şirkət Bakıda və Gəncədə aeroportdaxili və aeroprta gedən yolların tikintisinə, eləcə də "M-1 Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhəddi avtomobil yolunun 45-ci kilometrliyindən başlayan yolun tikintisi" layihəsinə cəlb olunub. Bir vaxtlar dövlət büdcəsindən aeroport yolunun tikintisi üçün bu şirkətə 360,6 milyon manat pul ayrılmışdı.
Mətbuat yazır ki, “Azvirt” şirkəti AZAL prezidenti Cahangir Əsgərova məxsusdur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.