"Gömrük komitəsi yığdığı hər manat mənim - vətəndaşın cibindən gedir."

2-04-2021, 07:52           
"Gömrük komitəsi yığdığı hər  manat mənim - vətəndaşın cibindən gedir."
Səfər Mehdiyev: "Dövlət Gömrük Komitəsi cari ilin yanvar-mart ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 119,55 % əməl edib. Nəzərdə tutulan proqnozdan əlavə 153,5 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub".
Bu adam belə danışanda havalanıram da, elə bil özəl müəssisə direktorudur, elə bil şirkət rəhbəridir, sanki istehsal edir, beyni, ağlı, biliyi ilə pul qazanır ki, fəxrlə belə bəyanat verir.
Teref.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli yazır.
Daha sonra Natiq Cəfərli yazır, ay müəllim, Gömrük komitəsi yığdığı hər manat mənim - vətəndaşın cibindən gedir. Hə, Siz, güya, mesaj verirsiz ki, baxın ha, daha düz işləyirik, çox pul yığırıq, bizə dəyməyin, ləğv etməyin, SuperNazirliyə birləşdirməyin - bu da absurddur. Çünki Gömrük Komitəsi insanların canını boğazına yığıb bütün növ mallara xaricdə alınan RƏSMİ qaimələri (invoice) tanımır, özündən hoqqa çıxardıb mala qiymət qoyur, şişirdilmiş qiymətlə rüsum hesablayıb insanları yükləyir, sonra da çıxıb pandemiya, iqtisadi aktivliyin azaldığı dövrdə daha çox pul yığdığını deyir.
Birdəfəlik bilin: İş adamı rüsumu cibindən vermir, bütün xərcləri malın qiymətinin üzərinə gəlir, son ödəyici vətəndaş olur. Siz yuxarıların xoşuna gəlmək üçün camaatdan plandan artıq yığdığınız pula görə bazarda qiymətlər də artır - anlayırsız bunu?!












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.