Rusiyalı politoloq Məhəmməd Əmin Rəsulzadəyə BÖHTAN ATDI

2-04-2021, 22:20           
Rusiyalı politoloq Məhəmməd Əmin Rəsulzadəyə BÖHTAN ATDI
MDB təşkilat yerinə hər kəsin bəyəndiyini ala bildiyi imkanlar mağazası olub.

Teref.az xəbər verir ki, bunu erməniyönlü “Reqnum” agentliyinin baş redaktoru, rusiyalı millətçi politoloq, keçmiş dövlət müşaviri Modest Kolerov deyib. O, hazırda MDB ölkələri arasında düşmənçiliyin artdığını, amma qəribə şəkildə MDB ölkələrinin XİN rəhbərlərinin Böyük Vətən Müharibəsinin başlanmasının 80 illiyi ilə bağlı müraciət, təhlükəsizlik sferasında əməkdaşlıq kimi sənədlər hazırlamaq istədiklərini bildirib.

Kolerov bu tip sənədlərin hazırlanmasının qəbuledilməz olduğunu və guya Ukrayna, Azərbaycan və Ermənistanın alman nasistlərini dəstəkləyən keçmiş ictimai xadimlərin təbliğatıyla məşğul olduğunu iddia edib.

Kolerov, həmçinin nasistləri dəstəkləyən liderlər sırasında məntiqsiz şəkildə Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin adını da çəkib.

Erməniyönlü baş redaktor MDB-nin siyasi institut kimi çoxdan öldüyünü bildirib:

“MDB meyitdir. Bütün mövcud olduğu illərdə və özəlliklə indi MDB-ni bizim qonşularımız Rusiyanın resurslarını istismar etmək üçün istifadə edib… Rusiya MDB formatı vasitəsilə özünün düşmənlərini böyüdüb, bəsləyib və saxlamağa da davam edir və əvəzində heç nə də almır”./axar.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru