Tarixdə bu gün......

8-05-2021, 07:32           
Tarixdə bu gün......
8 may 1916-cı il...
Erməni silahlı dəstələri tərəfindən Bitlisdə ümumilikdə 10 000 nəfər türk qətlə yetirilir.

8 may 1916-cı il...
Erməni Andranikin silahlı quldur dəstəsi Tərcan qəzasının müsəlman kəndlərində 563 nəfəri amansızlıqla qətlə yetirirlər.

8 may 1988-ci il...
Kərkicahan qəsəbəsinin sakinləri (180 imza) Azərbaycan KP MK-nin birinci katibi Ə.X.Vəzirova mövcud vəziyyətlə əlaqədar müraciət ünvanlasalar da, bu müraciət demək olar ki, baxımsız qalır.

8 müy 1991-ci il...
Ermənilər Laçın rayonu ərazilərini, kəndlləri atəşə tutmaq məqsədilə Gorus rayonu ərazilərində müxtəlif silah anbarları təşkil edirlər.

8may 1992-ci il...
Qarabağın tacı olan Şuşa şəhəri erməni-rus hərbi birləşmələri tərəfindən işğal edilir.
Şuşa uğrunda döyüşlərdə 190 nəfər həlak olur, 170 nəfər yaralanır, 58 nəfər itkin və ya girov düşür. Şuşalılar çox çətinliklə, xeyli itki verərək şəhəri tərk etmək məcburiyyətində qalırlar. Ümumilikdə 20 000 nəfər əhali Şuşa rayonundan didərgin düşür.
Başdan-başa muzey şəhəri olan Şuşa düşmən əlinə keçir. Onlarla qiymətli tarixi-memarlıq abidələri (XVIII əsrə aid Şuşa qalasının divarları, Gəncə qapısı, Pənah xanın sarayı, İbrahim xanın bürcü, İbrahim xanın qəsri, Xan sarayı, Karvansaray, M.P.Vaqif mədrəsəsi, Vaqifin türbəsi, Yuxarı Məscid mədrəsəsi, Hacıqulların malikanəsi, İkimərtəbəli karvansaray, Mehmandarovların malikanə kompleksi, Gövhər Ağa məscidi, Xoca Mərcanlı məscidi, Hacı Abbas məscidi, Mərdinli məscidi, Saatlı məscidi, Köçərli məscidi, X.B. Natəvanın evi, Natəvanın bulağı, Ə.B.Haqverdiyevin evi, Q.B.Zakirin evi, M.M.Nəvvabın evi, S.S.Axundovun evi, N.B.Vəzirovun evi, Y.V.Çəmənzəminlinin evi, Xan Şuşinskinin evi, Tarzən Sadıqcanın evi, Mamay bəyin evi, Mamay bəyin məscidi, Mamay bulağı, Üzeyir bəy Hacıbəyovun ev muzeyi, Bülbülün ev muzeyi, Qız məktəbi, Realnı məktəbin binası, Meydan bulağı, Şirin su hamamı, İsa bulağı, Səkili bulaq və onlarla digər tarixi-mədəniyyət nümunələri) erməni işğalçıları tərəfindən dağıdılır, məhv edilir.

8 may 1992-ci il...
Şuşa rayonunun Qaybalı, Xəlfəli, Kosalar, Zarıslı kəndləri ermənilər tərəfindən işğal edilir. Çoxlu sayda itkilər olur.

8 may 1992-ci il...
Tərtər rayonunun Seydimli kəndi ermənilər tərəfindən müxtəlif növ silahlardan atəşə tutulur, 1 nəfər həlak olur, 1 nəfər yaralanır.

8 may 1993-cü il...
Şuşa həbsxanasında girov saxlanılan Nadir Bakılı, Qor adlı erməni nəzarətçisi tərəfindən vəhşicəsinə döyülüb işgəncə verilərək donuz saxlanılan yerdə elektrik cərəyanı ilə vəhşicəsinə qətlə yetirilir.

8 may 1993-cü il...
DQMV-də Fərrux kəndi ətrafındakı yüksəkliklər uğrunda ermənilərlə azərbaycanlılar arasında şiddətli döyüşlər gedir.İtkilər olur.

8 may 1994-cü il...
Rusiyanın ATƏT-in Minsk qrupundakı təmsilçisi V. Kazimirovun atəşkəslə bağlı Bakıya gətirdiyi “Bişkek protokolu” Azərbaycan tərəfindən imzalanır. Bu sənədi Ali Sovetin sədri Rəsul Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri, Şuşa rayonu, icra hakimiyyətinin başçısı Nizami Bəhmənov, erməni tərəfdən isə Ermənistan Parlamentinin sədri Babken Ararksyan və “Dağlıq Qarabağ Respublikasının sədri” Karen Baburyan imzalayırlar. Sənəd 4 gün sonra – mayın 12-də qüvvəyə minir.



Apardığım araşdırmalar nəticəsində 8 may 1992-ci il tarixində Şuşa uğrunda döyüşlərdə şəhid olan, itkin düşən, əsir götürülənlərdən bəzilərinin məlumatlarını əldə edə bilmişəm.
Şəhid olanlar:
1) 1970-ci ildə Kərkicahan qəsəbəsində anadan olan Elxan Kamran oğlu Abbasov;
2) 1970-ci ildə Laçın rayonunun Ərikli kəndində anadan olan Yaşar Vahid oğlu Sevindikov;
3) 1961-ci ildə Şuşa şəhərində anadan olmuş Əşrəf Dayandur oğlu İsmayılov;
4) 10 dekabr 1968-ci ildə Ağbaba mahalının mağaracıq kəndində anadan olan Rafael Sultan oğlu Abbasov (faciəli şəkildə şəhid olub);
5) 1 yanvar 1969-cu il tarixində Goranboy rayonunun Qaradağlı kəndində anadan olmuş Mübariz Həsən oğlu Səfərov;
6) 1957-ci ildə Kərkicahan qəsəbəsində anadan olan Vaqif İslam oğlu Əhmədov;
7) Dəvəçi rayonunda anadan olmuş Şahin Mehdi oğlu Vahabzadə;












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.