"Biz bunlardan minalanmış ərazilərin xəriitəsini tələb edəndə, bunlar da mal kimi gözlərini döyüb qalıblar ki, axı nəyi versinlər?"
8-06-2021, 11:35

Teref.az xəbər verir ki, hərbi ekspert Uzeyir Cəfərovtəkliflərlə çıxış edib. Üzeyir Cəfərov yazır:
Əziz dostlar! Hörmətli həmkarlar!
Bir neçə gün bundan öncə Kəlbəcər rayonu Susuzluq kəndi ərazisində ikisi jurnalist olmaqla, 3 nəfərin düşmənin basdırdığı minaya düşərək həlak olması, 4 nəfərin isə yaralanması hadisəsi ilə bağlı çoxsaylı müzakirələrə öz münasibətimi bildirmək istərdim.
Bəri başdan qeyd edim ki, rəsmi qurumların tez-tələsik verdikləri açıqlama məncə o qədər də təkmil, hərtərəfli deyildi və şəxsi düşüncəmə görə, hardasa bilməyərəkdən mənfur düşmənin məsuliyyətini bir qədər yüngüllləşdirmək təsiri bağışladı. Bu mənim yanaşmamdır.
İndi isə keçirəm demək istədiyim əsas məsələyə. Hamı düşüb bu yaramaz ermənilərin üstünə ki, onlar minalanmış sahələrin xəritəsini vermək istəmirlər. Ay qardaşlar, ay yoldaşlar, inciməyin, sizə elə gəlmir ki, bu davamlı müraciətlərimizlə biz bu alçaqları bir qədər yuxarıya qaldırırıq?! Axı bunlar olmayan ağılları ilə necə o XAOTİK basdırdıqları minaların xəritələrini bizə versinlər? Guya bunlar həmən minaları harda gəldi basdırarkən xəritə tərtib ediblərmiş? Ay-hay! Dünyada sivil, inkişaf etmiş dövlətlər və orduları hər şeyi elmi əsaslarla həyata keçirirlər. O cümlədən hərbi qayda-qanunlara əməl etməklə. Axı, erməni nə qanır minaladığı sahələrin xəritəsini tərtib etsin?. Nə vaxtdan başıpozuq dəstəyə malik olan erməni və onların havadarları Azərbaycanın bir vaxtlar işğal altında saxladıqları rayon və şəhərlərində basdırdıqları minaların xəritəsini də guya tərtib edirlərmiş. Mən buna inanmıram və düşünmürəm ki, bu alçaqlar məhz hərb elminin tələblərinə əməl edib bu işi görüblər. Ona görə də, biz bunlardan minalanmış ərazilərin xəriitəsini tələb edəndə, bunlar da mal kimi gözlərini döyüb qalıblar ki, axı nəyi versinlər? Olmayan şeyi necə verə bilərlər? Bir də, fərz edək ki, düşmən o xəritələri bizə heç vaxt verməyəcək. Belə çıxmır ki, biz onların imtinası nəticəsində illərlə öz doğma yurd-yuvalarımıza qayıtmayacağıq? Elə olmur axı. Müdafiə Nazirliyimizin (MN), eləcə də döyüş bölgəsində real müharibə şəraitində olan Dövlət Sərhəd Xidmətimizin (DSX) kifayət qədər peşəkar minaaxtaran şəxsi heyətimiz və ciddi mühəndis-istehkam avadanlıqlarımız var. Və 44 günlük Vətən savaşından sonra bir sıra xarici ölkələrdən işğaldan azad edilmiş ərazilərimizdə minalardan təmizlənmə işlərini aparmaq üçün ən müasir maşın və mexanizmlər alınmaqdadır və alınır.
Ona görə də, gəlin bu xəritə məsələsini sadəcə rəsmiləşdirək və qoy beynəlxalq qurumlar erməni və ona havadarlıq edən fransızlardan, ruslardan və digər dövlətlərdən tələb etsinlər ki, cavab versinlər.
Ən sonda, baş vermiş faciəvi hadisə bir daha döyüş bölgəsində kimliyindən asılı olmayaraq son dərəcə ayıq-sayıq olmağımızı tələb edir.
Allah şəhid olan jurnalist həmkarlarımıza rəhmət eləsin, yaralı qardaşlarımıza da şəfa versin!
Üzeyir Cəfərov
Teref.az