Saxta qazİ olmur, cənablar! Saxta hər zad olur, amma Qazi olmur!

9-06-2021, 15:59           
Saxta qazİ olmur, cənablar!
Saxta qazİ olmur, cənablar! Saxta hər zad olur, amma Qazi olmur! Bunu unutmayın!
Qadına əl qaldırmaq olmaz, böyük günah edib, səhv edib! Qınayırıq onun bu əməlini! Kimsə də o Qaziyə haqq qazandıra bilməz! Bir sözlə o əməlinə bəraət yoxdur! Cəzasın da alsın! Amma məsələ araşdırılsın, sonra cəza verilsin!
Amma adama "döyüşməyib", "Saxta Qazidir" deməyin!
"Qarabağ qaziləri" birliyi qadına əl qaldıran döyüşçü haqqında ilkin araşdırma aparıb. O şəxs
"Qarabağ qaziləri" birliyinin üzvü deyil. Amma məlum olub ki, o həqiqətən qazidir. Nə olsun ki, qolu, ayağı, gözü yerindədir. Bəyəm əlilik elə bi 3 şeyə görə verioirmi? Xeyir!
Mustafayev Şəmail 703 saylı hərbi hossənin tərkibində Ağdərə istiqmətində döyüşüb, rabitə xidməti rəisi olub! Olduğu ərazi, ştab düşmənin bombardumabına məruz qalıb, yanında Şəhid olanlar olub! Ağır yaralanıb, kontuziya alıb...Hələ illər əvvəl ordumuzun düşməni Nəcməddinlə dalaşıb, bunu ordudan tərxis ediblər, 2016 cı il aprel döyüşlərindən sonra Müdafiə Naziri Zakir Həsənovla görüşüb, öz sahəsi ürə mütəxəsis (təlimatçı) kimi orduya qaytarılıb! Görünür səhətində problemlər yaranıb, ona görə də bir neçə il əvvəl müraciət edib və əlillik dərəcəsi alıb. Adam döyüşüb, yaralanıb! Ona şər atmayaq! Nazir Sahil Babyev nazir təyin olunandan sonra o, həqiqətən nazirıikdə ciddi şəffalıq yaradıb, xeyli yaxşı işlətər görüb! Amma o da, nazirlik də nöqsansız deyil! Problemi odur ki, inandığı adamlar dediklərimizi, narazılıqlarımızı ona doğru, düzgün çatdırnır. Ya da ümumiyyətlə çaydırmırlar. Bu da ciddi fəsadlar yaradacaq! Nazirin özü ilə isə görüşə bilmirik!
P.S. Saxta son 5 ildə əlillər haqqında qəbul edilən yarıtmaz qanun və qərarlardı. Bundan danışın. Bu qərar və qanunu imzalamış adamlardır saxta!
Təklif: Komissiyada Qazilərə baxılanda xanımları qoymayın komissiyaya!
Rey Kərimoğlu
Teref.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.