Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - VİDEO

20-06-2021, 09:31           
Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - VİDEO
İyunun 20-i paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi xəbər yayıb.

Qurumun əməkdaşı Araz Əsgərli bildirib ki, həmin gün paytaxt Bakıda futbol üzrə Avropa çempionatının 3-cü oyunu keçiriləcəyindən hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə bəzi yollar bağlanacaq.

Bakı Nəqliyyat Agentliyindən isə bildirilib ki, oyun gunu azarkeslərin Bakı Olimpiya Stadionuna şəxsi nəqliyyat vasitəsilə girişi qadağandır.

Agentliyin mətbuat katibi Mais Ağayevin sözlərinə görə, stadiona gələrkən şəxsi nəqliyyat vasitələrindən istifadə edənlər diqqətli olsunlar. Çünki Bakı Olimpiya Stadionu ətrafındakı küçələrdə və prospektlərdə qadağan olunan ərazilərdə park edilən avtomobillər Məhəmməd Füzuli və Mirzəağa Əliyev küçələri arasında yerləşən yeraltı avtomobil dayanacağına daşınacaq.

Bildirilib ki, ötən oyunlar zamanı bəzi azarkeşlər avtomobillərini Bakı Olimpiya Stadionu ətrafındakı küçə və prospektlərdə qadağan olunan ərazilərdə park ediblər. Bu da ərazidə nəqliyyatın sıxlığına səbəb olub. Nəticədə Heydər Əliyev və Ziya Bünyadov prospektlərindən keçən avtobusların hərəkət intervalında yubanmalar yaranıb. Xüsusilə avtobusların “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə giriş-çıxışında çətinliklər müşahidə olunub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru