Hər kəs öz fikrini Quran ayəsi kimi cəmiyyətə sırımaqla deyil ki...- Jurnalistdən Şeyxə cavab...

23-07-2021, 09:23           
Hər kəs öz fikrini Quran ayəsi kimi cəmiyyətə sırımaqla deyil ki...- Jurnalistdən Şeyxə cavab...
Allahşükür Paşazadənin çoxbaşlı sözlərinə müxtəlif səviyyələrdə münasibətlər bildirdilər. Obyektiv mövqe bildirən də oldu, sırf məqsədli tərəfkeşlik edən də...
Kənardan hər şey əla görünür.
Allahşükür Paşazadənin kəlmələrini gətirib dövlətə, dövlətin siyasətinə bağlayaraq özlərini və başqalarını bilərəkdən aldadan şəxslərimiz də oldu.
Maraqlıdır, görəsən ümumiyyətlə bu saxta idarənin niyə yarandığını, yarandığı gündən Rusiya və İranın maraqları baxımından məzhəbpərəstliyə, məzhəblər və təriqətlər arası təfriqələr yaradaraq müsəlmanları kontrol altında tutmaq üçün ortaya atılan bir "çar ideyası" olduğunu bilmirlər?
Mən bunları özümdən demirəm ki, gözümüzün qabağındadır, bütün materiallar da əlimizin altındadır, açıb baxmaq olar da...
Əslində özünü QHT adlandıran bu idarənin fəaliyyəti ortada deyilmi?
Sırf yerlibazlıq, məzhəbpərəstlik və başqa maraqlara görə, necə kimisə müdafiə etmək olar?
Birdəfəlik anlamaq lazımdır ki, güclü Azərbaycan bölgədə nə rusa, nə farsa, nə də erməniyə sərf etmir.
Bu gün bəziləri qələbə, qələbə deyib qışqırıb, ancaq bir tərəfdən də Allahşükürün kəlmələrini gətirib dövlətçiliyə bağlamazdan öncə, ümumiyyətlə hansı qələbədən danışdıqlarını deyəsən anlamırlar.
Hansı qələbədən danışırıq?
Qarabağ müharibəsinin qələbəsi?
Bəs o müharibəni kimlər yaratmışdı ki?
Hansı ölkələr idi bu savaşı yaradan, onu körükləndirən və nəhayətdə başda Türkiyə olmaqla bir neçə böyük dövlətin bizi dəstəkləməsini görəndən sonra lal olub, Avrasiyada başladılan "siyasi nüfuz bölgəsi" məsələlərinə görə öz hikkəsini öz içində boğmağa məcbur olan?
Susuruq, dillənmirik, ancaq bu qədər də olmaz.
Ya oxuyub, bilib, məlumatlı olub danışmaq lazımdır, ya da çətin iş deyil ki, təbliğ etdiyin fikirlərin qarşısına bircə kəlmə : MƏNƏ BELƏ GƏLİR Kİ....demək...
Hər kəs öz fikrini Quran ayəsi kimi cəmiyyətə sırımaqla deyil ki...
Hər şey cəhənnəm, bu şeytan idarəsinin heç olmasa yaradılış tarixinə, keçdiyi yola baxaq da...
Nizamnaməsinə baxaq da...
Açıq-aydın mənzərə ortadadı da...
Müharibədən öncə demişdim, bir çox sözlərimə bir çox dostlar inanmaq istəmirdi. Ancaq nə dəyişdi?
Dediklərim olmadı ki?
Müharibə olacaq yazırdım, lağa qoyurdular. Başladı, susdular.
Müharibə dayanmayacaq dedim, lağa qoyurdular, dayanmadı, susdular.
Müharibədən sonra İran və Rusiya hərəkətə keçəcək, əsas da İran mütləq siyasi-psixoloji hücuma keçəcək dedim, lağa qoydular.
Mənzərə necədi?
Guya Allahşükür o sözləri niyə dediyini bilmir?
Guya Allahşükür balaca uşaqdı?
Qəsdən, bilərəkdən, Azərbaycan dövlətinə, sırf öz dini və dünyəvi maraqlarından ötrü zərbə vurmağa alışmış bu adamın şeyxliyini İranla Azərbaycandan başqa hansı ölkədə ciddi qəbul edirlər ki?
Ümumiyyətlə İslamdakı "Şeyxulislam" rütbəsini qazanmağın şərtlərini bilirsinizmi?
Qatıq ağdı cənablar, ağdı!!!
Heç kəs də bilmədiyi, məsul olmadığı mövzularda nağıl danışıb, camaatı çaşdırmağa məcbur deyil.
Yox əgər məcburdursa, izah etsin ki, bunu hansı ölkənin, hansı qurumun qarşısındakı öhdəçiliklərinə görə edir?
Allahşükürün bu dəqiqə heç bir fətva filan vecinə deyil, özünü qorumaqla məşğuldur.
Ən yaxşı müdafiə hücumdur məntiqi ilə davranıb, hökümətə xəbərdarlıq edir, başqa heç nə....
Yəni iki kəlmə söz deyərəm, dindarlar arasına qan düşər....
Nə demək istədiyimi yəqin ki, dindarlar və sırf bu dövləti, milləti düşünüb çalışanlar anladı...
Uzatmağa ehtiyac yoxdu...
Allah bu dövlətin, bu millətin, bilərəkdən və ya bilməyərəkdən qəsdinə duran hər kəsin bəlasını versin!!!
Cemil Məmmədli












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.