Bu gün 41 qardaşın 1 bacısı olan yeganə istiqlal deputatı Məryəm xanmın vəfat günüdür.....
29-07-2021, 19:43

Bu gün Azərbaycan Milli Məclisinin sabiq üzvü, 41 qardaşın bir bacısı, qara yaylıqlı istiqlalçı millət vəkili, Müsavat partiyasının Bərpa Bürosunun üzvü olmuş Məryəm Mirdamət qızı Həsənovanın ürəklərə köçdüyü gündür.
Teref.az yazır ki, Məryəm Həsənova sədaqət rəmzi də sayıla bilər Belə ki, ömrünün sonuna qədər müsavatçılığa, Məhəmməd Əmin Rəsulzadə ideyalarına sadiq qaldı. Meryem hanım İffetli ve ismetli azerbaycan kadının simgesi idi.desəm yəqin ki .yanılmaram ...Müstəqillik Aktının qəbul olunduğu 18 oktyabr günü sevincindən hönkür-hönkür ağlayırdı və o günü belə xatırlayırdı: Elə bilirdim ki, cənnətin qapısı ağzındayam. Bundan şərəfli, bundan gözəl gün ola bilməzdi.
Demblokun 25 üzvündən biri idi. Ali Sovetin iclaslarında az-az danışardı. Ancaq məşhur 4-cü mikrofonda ilk çıxış edən deputat kimi adını tarixə yazdırıb.Həm də doğulduğu Siyəzən rayonunun yaradılmasında Məryəm xanımın xüsusi rolu olub.
Şəxsi həyatında fərəhli anları çox olmamışdı, faciələr onu sanki qarabaqara izləmişdi. Amma o, bu acıların üstünü qara örpəyə bürüyüb Azərbaycan uğrunda mücadilədə yoluna mətanətlə davam edib.
Niyə görə həmişə qara yaylıq bağldığına belə aydınlıq gətirmişdi:“30 sentyabrda mənim deputat seçildiyim elan olundu. Oktyabrın 6-da isə yol qəzasında dörd əzizim öldü - qardaşım, yoldaşı, bacım, oğlu. Buna kim dözərdi? Səbəbi hələ indiyədək məlum deyil ki, bu qəza təşkil olunmuşdu, yoxsa...Anam rəhmətlik o vaxt məsələnin üstünə getməyə qoymadı. Dedi bir bu qədər əzizim əlimdən çıxıb, qalanlarını da itirməyim. Görünür, nəsə məlumatı varmış. Mən də onun sözünə baxıb ardınca getmədim. Ancaq elə o vaxtdan qara yaylıq mənim sirdaşım oldu...”
İstiqlalçı deputat, ömrünün son illərini də məhrumiyyətlər içində yaşamışdır. Yataqxanada 162 manat təqaüdlə yaşayırdı... Uzun illər evsiz -eşiksiz , işsiz saxlanıldı, haqq etdiyi deputat pensiyasından qanunsuz olaraq məhrum edildi, maddi və mənəvi sarsıntılar içərisində saxlanıldı və həyatına son qoyuldu. Lakin Məryəm xanım heç vaxt zalım hökmranlar qarşısında sınmadı, əyilmədi, uğrunda mücadilə apardığı böyük amallara son nəfəsinədək sadiq qaldı və adını Azərbaycan tarixinin şərəfli səhifəsinə yazdırdı.
43 istiqlalçı deputat arasında yalnız iki xanım olub – Məryəm Həsənova və Dilarə Əliyeva. 1991-ci ildə qəzada dünyasını dəyişən D.Əliyevadan sonra tək qalan Məryəm xanımı istiqlalçı deputatlar “əziz bacımız” deyə çağırırdılar.
Adını tariximizin şərəfli səhifəsinə əbədi yazdırmış İstiqlal Şəhidi Məryəm xanımın əbədiyyəti mübarək olsun !!
Baba Allahnezerov


