Sürücülərin nəzərinə - Sürət həddini aşmağa görə cərimə və ballar dəyişdi

3-03-2016, 17:52           
Sürücülərin nəzərinə - Sürət həddini aşmağa görə cərimə və ballar dəyişdi
Martın 1-dən İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər qüvvəyə minib.

AzNews.az CBC-yə istinadən xəbər verir ki, bir sıra mühüm yeniliyi özündə əks etdirən dəyişikliklər həm ümumi məsələləri, həm də yol hərəkəti iştirakçılarının inzibati məhsuliyyətini əhatə edir.

Dövlət yol polisi idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov: "Yol hərəkəti qaydaları əleyhinə törədilən xətalar üzrə bu gündən etibarən inzibati xətalar məcəlləsinin 327-ci maddəsindən başlayaraq tətbiq ediləcək. Yəni, əvvəlki illər və günlərdə törədilən xətalarla bağlı İnzibati Xətalar Məcəlləsinin 151-ci maddəsindən başlayaraq tətbiq edilirdisə, mart ayının 1-dən etibarən 327-ci maddədən başlayaraq sənədləşmə tərtib ediləcək".

Səbrsizliklə gözlənən yenliklərdən biri sürət həddinin aşmasına görə tətbiq edilən cərimənin və balların dəyişməsidir.

"Sürət həddinin aşılması 10 və 20 km/saat olarsa, 10 manat məbləğində cərimə nəzərdə tutulub, 21-40 arasında sürət həddinin aşılmasına görə 2 bal və 50 manat məbləğində nəzərdə tutulub. Bu, 41-60 km/saat olarsa, 3 bal və 150 manat məbləğində cərimə nəzərdə tutulub. Eyni zamanda, 61 km/ saat sürət həddindən daha yüksək sürət həddi ilə hərəkət edənlər isə 4 bal və 250 manat məbləğində cərimə olunacaqlar".

Daha bir yenilik icbari siğortası olmayan və ya sığortasının vaxtı keçən nəqliyyat vasitələrinin mərkəzi informasiya sistemində qeydiyyata salınaraq, onların sahiblərinə elektron protokolun tərtib olunmasıdır.

Hüquqşunas Ərşad Hüseynov: "DYP-nin kameralarının bu patrul avtomobillərin içindəki kamerada ola bilər. Adi küçələrdəki də kameralar. Kameranın qarşısından hərəkət edən avtomobil görünür, onun qeydiyyat nişanı əsasında orada yoxlanır ki, bunun icbari sığortası yoxdur və dərhal elektron protokol tətbiq olunur çox sadə".

Elektron protokollar sürücü və sərnişinlərin təhlükəsizlik kəmərini istifadə etmədiyi tədqirdə də tərtib olunub yaşadıqları ünvana göndəriləcək. Amma bu məsələdə müəyyən çətinliklərlə üzləşmək olar, cünki sərnişinlərin şəxsiyyətini müəyyən etmək heç də asan məsələ deyil.

Hüquqşunas Ərşad Hüseynov: "Sərnişin bağlamayanda, elektron protokol tətbiq etməyə mümkün olmayacaq, çünki kamera vasitəsi ilə sərnişini eyniləşdirmək mümkün deyil. Kamera vasitəsi ilə avtomobilin nömrəsinin hesabına sürücünü eyniləşdirmək olur. Siz təsəvvür edin ki, kamera sərnişini görür ki, kəməri bağlanmayıb, amma sərnişin kimdir - bunu müəyyən etmək mümkün deyil. Bunu ancaq sonra araşdırma aparıb müəyyən etmək olar".

Sürücülər də məcəlləyə edilən dəyişikliklərin əksəriyyətini dəstəkləyirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.