Gömrük Komitəsinin cədvəlləri "urusca"-dır

4-03-2016, 00:43           
Gömrük Komitəsinin cədvəlləri "urusca"-dır
Dövlət Gömrük Komitəsi ölkəyə gətirilən meyvə-çərəzin gömrükdə rəsmiləşdirilən qiymətləri ilə satış qiymətləri arasındakı fərqə dair iqtisadçı Vahid Məhərrəminin üzə çıxardığı fakta münasibət bildirib.

Komitə yaydığı məlumatda bildirir ki, mütəmadi olaraq daxili bazarın monitorinqini aparır, xüsusən bayram və mövsumi dəyişikliklər ərəfəsində daxili bazarın vəziyyətinin öyrənilməsini və idxal ilə daxili bazar münasibətlərini prioritet məsələ kimi nəzarətdə saxlayır.

“Novruz bayramı ilə əlaqədar DGK tərəfindən bu yaxınlarda araşdırma aparılmış və quru meyvələrin sahibkarlar tərəfindən bəyan edilən gömrük dəyəri və faktiki bazar qiymətləri arasında müqayisəli təhlil aparılmışdır. Sonuncu aparılan araşdırmaları üzrə qiymətlər aşağıdakı cədvəldə verilmişdir:

Qeyd olunan malların idxalı ilə bağlı mövcud statistik məlumatların təhlili göstərir ki, kütləvi informasiya vasitələrində təqdim olunan “idxal qiymətləri” Dövlət Gömrük Komitəsinin məlumat bazasında olan sahibkarlar tərəfindən faktiki bəyan olunmuş gömrük dəyəri göstəricilərindən tamamilə fərqlənir. Məlumat üçün bildiririk ki, bir il ərzində 50-dən artıq yerli şirkətlər quru meyvə idxal etmişdir. Bu da daxili bazarda inhisarçılığın olmamasını bir daha göstərir”, – deyə DGK qeyd edib.

Onun üzə çıxardığı faktlara DGK-nın verdiyi cavab barədə Vahid Məhərrəmli azadliq.info-ya danışıb. İqtisadçı bildirib ki, onun ictimailəşdirdiyi fakt Dövlət Statistika Komitəsinin məlumatlarından götürülüb və 2014-cü ilə aiddir. Gömrük Komitəsi isə heç vaxt belə operativ açıqlama verməyib. Hətta indi, DGK 2016-cı ilin ilk 2 ayı üzrə məlumatları açıqladığı vaxtda da, 2015 -ci il üzrə bu adda məhsulların idxal qiymətləri barədə məlumatlar əldə etmək mümkün deyil.

Qeyd: Cədvəldə ton qrafasından sonrakı qrafada malın miqdarı, daha sonra min ABŞ dolları ilə məbləği göstərilib. Məsələn, Hind qozu (quru) – 66.1 ton, 26.6 min dollar.
“O ki, qaldı təqdim olunan qiymətlər siyahısına, burada da xeyli yeniliklərin olduğu nəzərə çarpır. Belə ki, əvvəllər idxal dəyəri qəpik-quruşa qiymətləndirilən malların indi idxal dəyəri dəfələrlə yüksək göstərilir. İl ərzində dünya bazarında bu məhsulların qiyməti artmadığı halda idxal qiymətində kəskin fərqlərin yaranması sual doğurur. Bu adda məhsulların idxal dəyəri əvvəl real olub yoxsa indi? Hər halda son 5 il ərzində ölkəyə gətirilən quru meyvələrin idxal dəyəri ilə son 2 ayda idxal olunan mallar arasında qiymət fərqi dəfələrlədir. Bütün bünlara yaxşı olar ki, Statistika və Gömrük komitələri aydınlq gətirsin”, – deyə V.Məhərrəmli bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.