Azərbaycan Ermənistandakı bütün telefonları dinləyir? - Bakı "Karabah Telekom"un qüllələrini ələ keçirib

14-08-2021, 12:10           
Azərbaycan Ermənistandakı bütün telefonları dinləyir? -
Hazırda oxunan: Azərbaycan Ermənistandakı bütün telefonları dinləyir? - Bakı "Karabah Telekom"un qüllələrini ələ keçirib
Ermənistanda fəaliyyət göstərən mobil operatorların abunəçiləri çaşqınlıq və çaxnaşma içindədirlər. Yerli mətbuatda bu ölkədə bütün telefon danışıqlarının Azərbaycan tərəfindən dinlənildiyi barədə məlumat yayılıb.

Teref.az virtualaz.org-a istinadən bildirir ki, işğal olunmuş ərazilər azad edildikdən sonra Azərbaycan ordusu qondarma rejiminin telekommunikasiya operatoru olan "Karabah Telekom"un qüllələrini ələ keçirib.

"Karabah Telekom" isə faktiki olaraq Ermənistanın "ArmenTel" mobil operatorunun əlavəsidir.

Erməni mətbuatı yazır ki, azərbaycanlılar "Karabah Telekom"un serverlərinin ehtiyat nüsxələrini ələ keçirərək Ermənistanın mobil şəbəkəsinə daxil olub.

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTN) "buna heç bir sübut yoxdur" bildirərək abunəçiləri sakitləşdirməyə çalışıb.

Bununla belə, informasiya texnologiyaları üzrə mütəxəssis Artur Papyan hesab edir ki, qüllələr Azərbaycanın nəzarətinə keçəndən sonra, Bakı erməni şəbəkəsinə sərbəst şəkildə qoşula bilir.

"Azərbaycanlıların "Karabah Telekom"un serverlərindən ehtiyat nüsxələri silməyi bacarıb, və bu çox pis nəticələrə gətirib çıxara bilər", - Papyan erməni jurnalistlərə müsahibəsində bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru